Maqda Sabo (, ) - macar yazıçısı.
Həyatı Maqda Sabo 5 oktyabr 1917-ci ildə Macarıstanın Debreçen şəhərində anadan olmuşdur. O 1940-cı ildə Debreçen Universitetinin "Latın və Macar dili" fakültəsini bitirmiş, eyni il Debreçendəki protestant qız məktəbində müəllimə kimi işləməyə başlamışdır. 1945-1949-cu illərdə Maqda Din və Təhsil nazirliyində çalışmışdır. Maqda Sabo 1947-ci ildə Tibor Sabotka adlı tərcüməçi ilə ailə həyatı qurmuşdur. O 19 noyabr 2007-ci ildə Budapeştdəki evində 90 yaşında vəfat etmişdir.
Əsərləri O, "Freska" və "Abigel" kimi məşhur romanların da müəllifidir. Onun ilk povesti "Freska" 1958-ci ildə işıq üzü görüb. Uzun illər onun əsərləri macar diktatoru Matyaş Rakoşi tərəfindən qadağan olunub. Yazıçının ilk kitabı "Quzu" 1947-ci ildə, ikinci kitabı "İnsana qayıdış" 1949-cu ildə nəşr olunubdur. Bu kitab "Baumgarten" mükafatına layiq görülüb, lakin dövrün siyasi səbəblərinə görə mükafat yazıçıdan geri alınıb.
Onun "Qapı" əsərini Ramil Səfərov Azərbaycan dilinə tərcümə etmişdir .
Mükafatları Maqda Sabo həm Macarıstanda, həm də digər ölkələrdə çoxsaylı mükafatlara layiq görülüb və əsərləri 43 ölkədə nəşr olunub. Onun ikinci kitabı “İnsana qayıdış” “Baumgarten” mükafatına layiq görülüb, lakin dövrün siyasi səbəblərinə görə mükafat yazıçıdan geri alınıb. 2003-cü ildə "Qapı" əsərinə görə yazıçıya Fransanın ədəbiyyat üzrə nüfuzlu mükafatı "Prix Femina Etranger" verilmişdir.
Kitabları
"Quzu" 1947-ci il "İnsana qayıdış" 1949-cu il
Xarici keçidlər
http://www.dgtyb.org/news/1339.html http://kultaz.com/2007/11/20/meshur-yazici-maqda-sabo-vefat-edib/ Ramil Səfərovun macar dilindən çevirdiyi romanın təqdimatı olub İstinadlar
Kateqoriya:Macarıstanda doğulanlar Kateqoriya:Macarıstanda vəfat edənlər Kateqoriya:Macarıstan yazıçıları Kateqoriya:Farkaşreti məzarlığında dəfn olunanlar Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:XX əsrin Macarıstan romançıları Kateqoriya:Dramlar Kateqoriya:Avtobioqrafiyalar