Həsən Bənna () — Misirin ictimai-siyasi xadimi, Müsəlman qardaşlar təşkilatının banisi.
Həyatı 1906-cı ildə Misirin Mahmudiyyə qəsəbəsində, sərmayədar Əhməd ibn Əbdürrəhman əl-Bənnanın ailəsində doğulmuşdur. Ata islamı öyrənsin deyə oğlunu Rəşadiyyəyə göndərir. Həsən ər-Rəşad Məktəbində Məhəmməd Zəhranın nəzarəti altında təhsilə başlayır. Burada Qurani-Kərimi hifz etməyə başlayan əl-Bənna hifzini tamamlamadan Hazırlıq Məktəbinə keçir və ev şəraitində hifz fəaliyyətinə yiyələnir. Bu arada "Əxlaq və Ədəb Cəmiyyəti"ni qurur və cəmiyyətə nəzarəti öz öhdəsinə alır. Çox keçməmiş bir neçə mömin dostu ilə əl-ələ verib "Əmrun bil-məruf və nəhyun ənil-münkər" vəzifəsini həyata keçirmək üçün "Məni-Mühərrəmat" ("Haramların yasaqlanması") cəmiyyətini qurur.
Hazırlıq Məktəbindən sonra Dəmənhur İbtidai Sinif Müəllimi Məktəbinə daxil olur.
Əl-Bənna Dəmənhurda olduğu dövr ərzində fiqh, təfsir, hədis, islam qanunvericiliyinin tarixi və hikmətləri, məzhəb, firqə və bunlarla bağlı ətrafında toplananlardan mükəmməl dərs aldı. 17 yaşında olarkən bu məktəb də tamamlanır və həmin il Qahirəyə gedərək, Dərül-Ülum Fakültəsinə daxil olur. 1927-ci ilin iyununda bu fakültəni də bitirir və İsmailiyyəyə müəllim təyin edilir. 1928-ci ilin mart ayında altı dostu, Hafiz Əbdülhəmid, Əhməd əl-Husəri, Fuad İbrahim, Əbdürrəhman Həsəbullah, İsmail İzz və Zəki əl-Məğribi ilə Müsəlman Qardaşlar Birliyini ("Cəmaətül-İxvanil-Müslimin") yaradır. Həsən əl-Bənna 1949-cu il 12 fevralda qətlə yetirilmişdir.
Həmçinin bax
Seyid Qütb İbn Qəyyim əl-Cövziyyə Əbüləla Mövdudi
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Misir siyasətçiləri Kateqoriya:İslam filosofları Kateqoriya:Müsəlman dini liderlər Kateqoriya:İslamizm