Alpı — Azərbaycan Respublikasının Ucar rayonunun Quləbənd kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Şirvan düzündədir. Yerli əhalinin verdiyi məlumata görə, kənd keçmişdə Alplı adlanmışdır. Bəzi mənbələr bu toponimi Alplı etnotoponiminin fonetik dəyişikliyə uğramış forması kimi qəbul edir. Türk dillərində alp "böyük, iri, yüksək"; "qəhrəman"; "atıcı"; "pəhləvan"; monqol dilində alba/alpa "vergi, gəlir novu"; "məcburi xidmət" deməkdir. Beləliklə, Alpı kəndinin adı "böyük kənd" və ya "vergi verən kənd" mənasını ifadə edir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007.

Əhalisi Alpı kəndində əhalinin sayı 1042 nəfərdir. (2009-cu ilin statistikası)Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Həmçinin bax

Ucar rayonu Kiçik Qafqaz

İstinadlar

Kateqoriya:Ucar rayonunun kəndləri