thumb|Fotoaparatlarthumb|XIX əsrin ortalarının fotoqrafı

Fotoaparat (fotokamera, danışıq dilində şəkilçəkən adı ilə tanınır) — hərəkətsiz təsvirlərin, yəni fotoşəkillərin qeydə alınması olan çəkiliş qurğusudur.

Fotoaparatın ilkin nümunəsi sayılan kamera-obskur 1568-ci ildə venesiyalı D. Barbaro tərəfindən istifadə olunmuşdur. Fotoqrafiyanın baniləri hesab edilən J. N. Nieps və L. J. Dager də öz işlərində stenop kameradan istifadə etmişdilər. 1830-cu illərin sonunda Fransada stenop-kamera prinsipi əsasında hazırlanmış, ikilinzalı obyektivə malik taxta fotoaparatların seriyalı istehsalına başlanıldı. Metal gövdəli ilk fotoaparat isə 1842-ci ildə "Voigtländer" şirkəti tərəfindən istehsal edilib.

1888-ci ildə amerikalı sahibkar və ixtiraçı Corc İstmen sellüloid əsaslı rulon fotoplyonkadan istifadə edən dünyada ilk Kodak fotoaparatını yaratdı. 1924-cü ildə Almaniyanın Leitz şirkəti sonradan 1930–1940-cı illərin ən məşhur fotoaparatlarından birinə çevrilən Leica aparatını istehsal etdi. 1947-ci ildə ABŞ-də E. Lend çəkilişdən cəmi 1–2 dəqiqə sonra əlavə laboratoriya emalı tələb etmədən hazır fotoşəkil verən Polaroid aparatını yaratdı. XX əsrin sonlarında isə ABŞ və Yaponiyada rəqəmsal fotoaparatlar hazırlanmağa başlandı.

Həmçinin bax Aerofotoaparat Fotojurnalistika Fotoqrafiya xronologiyası Rəqəmsal kamera Obyektiv

İstinadlar

Kateqoriya:Optik cihazlar Kateqoriya:Fototexnika Kateqoriya:Fotoqrafiya