Yesugey ( (1134 - 1171) — Borucigin soyundan olan monqol başçısı, Çingiz xanın atası.

Həyatı Monqolustan çölləri tatar türklərinin əlində idi və onlarla monqollar arasında tez-tez amansız döyüşlər baş verirdi. Belə döyüşlərdən birində tatarlar Yesugey bahadurun atası Bartan bahaduru əsir aldılar. Sonra da onu monqolların köhnə düşməni olan Çjurçjenlərə satdılar. Sonuncular da Ambaqay xanı Çin imperatoruna təslim etdilər. Çin imperatoru isə Monqolustan səhralarında müstəqil dövlət qurmaq fikrinə düşərək mərkəzi hakimiyyətə tabe olmaq istəməyən Bartan bahadur qəddarcasına qətlə yetirdi. Bu arada tatarlar monqolların onlardan Bartan bahadurun qisasını alacağından ehtiyat edərək ələ aldıqları gizli qatil vasitəsi ilə Yesugey bahaduru zəhərlədilər. Yesugey bahadurun ölümündən sonra onun qurduğu dövlət dağıldı.

İstinadlar

Kateqoriya:Börçiginlər Kateqoriya:Monqolustan sərkərdələri Kateqoriya:Çingiz xan