"Küləklə sovrulanlar" — amerikan yazıçısı Marqaret Mitçellin məşhur romanı. 1936-cı ildə dərc olunmuşdur. Pulitser mükafatı almışdır.
Yazıçı haqqında
1900-cu ildə Atlanta şəhərində anadan olan Marqaret Mitçell həyatı boyu Cənub ideyalarını dəstəkləyən yazıçı kimi fəaliyyət göstərmişdir. O, Amerika Vətəndaş müharibəsi və Yenidənqurma zamanı çətinliklərlə qarşı-qarşıya qalan İrlandiya və Amerika əsilli nənəsinin hekayələrinə qulaq asaraq böyümüşdür. Onun güclü və ziyalı anası qadınların səs vermək hüququ üçün mübarizə edən bir sufracist idi.
Yazılma tarixi və nəşri Əsərdəki hadisələr Amerika Vətəndaş Müharibəsi və Amerika Birləşmiş Ştatlarının yenidən qurulduğu bir dövrdə Corciya ştatının Kleyton əyalətində və Atlanta şəhərində cərəyan edir. Bitki plantasiyası sahibinin qızı olan gənc Skarlet Oharanın Şermanın dağıdıcı "Dənizə yürüşü"ndən sonra, səfalətdən çıxmaq üçün hər cür vasitədən istifadə etməli olan mübarizəsindən bəhs edilir. Bu tarixi roman bildunqsroman janrında yazılmışdır və adı Ernest Dausonun bir şeirindən götürülmüşdür.Margaret Mitchell, touched by the "far away, faintly sad sound I wanted" of the third stanza's first line, chose that line as the title of her novel Gone with the Wind. https://www.awesomestories.com/asset/view/SOURCE-of-the-TITLE-GWTW-Margaret-Mitchell-Gone-with-the-Wind
"Küləklə sovrulanlar" əsəri Amerika oxucuları arasında ilk nəşr olunduğu andan məşhur oldu və 1936-1937-ci illərdə Amerikanın bestsellerinə çevrildi. 2014-cü ildə aparılan bir Harris sorğusunda, İncildən sonra, Amerika oxucularının ikinci ən sevilən kitabı olaraq seçildi. Onun dünyada 30 milyondan artıq nüsxəsi çap edilmişdir.
Həmçinin bax XX əsrin 100 kitabı (Le Monde)
İstinadlar
Kateqoriya:1936-cı ilin romanları Kateqoriya:Filmlərə adaptasiya olunmuş ABŞ romanları Kateqoriya:Epik romanlar Kateqoriya:XIX əsr haqqında romanlar