Sarı gəlin — müharibədən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən bəhs edən film.
Məzmun Filmdəki hadisələr Qarabağ torpağında cərəyan edir. Çox ürəyiyumşaq, sadəlövh Qədir (Hacı İsmayılov) öz təkidi ilə müharibəyə yollanır. Xidmət etdiyi hərbi hissəyə erməni əsirləri gətirilir. Bu hərbi hissənin komandiri Rasim (Ramiz Novruzov) isə müharibədə bütün ailəsini itirmiş, həyatdan ümidini üzmüş adamdır. Məhz Rasimin əmrilə Qədir erməni əsiri Artavası (Cahangir Novruzov) öldürməlidir. Ömründə toyuq başı da üzməmiş Qədir isə çıxılmaz vəziyyətə düşür...
Film müharibədən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən danışır.
"Sarı gəlin" rəmzi addır. Bizim xalq mahnımız "Sarı gəlin" ermənilər arasında da geniş yayılmışdır. Bu mahnı ilə müəlliflər demək istəmişlər ki, əsrlərlə qonşu olmuş iki millət daim düşmən qalaraq yaşaya bilməz. Çünki müharibə uzandıqca "Sarı gəlin"lər hələ çox göz yaşı tökəcək.
Festivallar və mükafatlar Ən yaxşı kinossenariyə görə baş Priz — 1999-cu ildə Anapada (Rusiya) Beynəlxalq "Kinoşok" kinofestivalı "Azadlıq" Prizi və pul Mükafatı (Filip Morris Şirkəti) (az iqtisadi vəsaitlə yüksək səviyyədə vizual poeziyaya nail olduğuna görə) — 2000-ci ildə Karlovı-Varıda (Çexiya) Beynəlxalq kinofestival
Film haqqında Filmdə Azərbaycan xalq musiqisi "Sarı gəlin"dən istifadə edilmişdir.
Filmin çəkilişlərinə Daşkəsən rayonu Bayan kəndi sakinləri və Şamaxı rayonu sakinləri köməklik göstərmişlər.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Yavər Rzayev Quruluşçu rejissor: Yavər Rzayev Quruluşçu operator: Rövşən Quliyev Bəstəkar: Səyavuş Kərimi Quruluşçu rəssam: Rafiq Nəsirov Səs operatoru: Bəkir Bəkirzadə Redaktor: Ramiz Rövşən (Ramiz Əliyev kimi) Musiqi redaktoru: İsmayıl Dadaşov İcraçı prodüser: Əlfi Şükürov Məsləhətçi: Məhəmməd Bəydullayev (polkovnik), Qalib İsayev (polkovnik) Kamançada ifa edən: Habil Əliyev Çalır: Səyavuş Kəriminin Rəhbərliyilə İnstrumental Ansambl Solist: Cəmilə Kamal, Səyavuş Kərimi, Hüseynağa Yəhyayev, Elşən Qasımov Rejissor: Adil İsmayılov Operator: Sərvər Rəşidoğlu Rejissor assistenti: Yusif Quliyev (Y.Quliyev kimi), Elşən Zeynalov, Cəbrayıl Rzayev Operator assistenti: Nizami Səfərov, N.Nağıyev İnzibatçı: İnessa Safronova, Ədalət Yunusov, Muxtar İbadov Qrim rəssamı: Berta Roqova Montaj üzrə assistent: Tamilla Muxtarova, Xuraman Pişiyari Geyim rəssamı: A.Mahmudova Əlbəsəçi: G.Hüseynova İşıq Ustası: S.Əliyev, Akif Rəhimov, Tahir Bağırov (T.Bağırov kimi) İşıq tənzimləyicisi: Əminə Cəfərova Sürücü: Muxtar Əzizbəyov, Oqtay Əliyev, Ə.Abdulov, Ə.Bərxudarov Pirotexnik: Dmitri Kasilov, Əlibala Məmmədov
Rollarda Hacı İsmayılov — Qədir Cahangir Novruzov — Artavas Münəvvər Əliyeva — Sarı gəlin Ramiz Novruzov — Rasim Fərman Abdullayev — Samvel Muxtar Maniyev — komandir Muxtar Avşarov Lətifə Əliyeva — Qədirin arvadı Eldar Bağırbəyov Rafiq Qasımov Yuri Trubin Muxtar İbadov Muxtar Əzizbəyov Ə.Bərxudarov
Filmi səsləndirənlər Eldəniz Rəsulov — Artavas (Cahangir Novruzov) (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva — Qədirin arvadı (Lətifə Əliyeva) (titrlərdə yoxdur)
Sponsor "Azərkinovideo" İstehsalat Birliyi
Çəkilişə kömək edənlər Ağası Məmmədov (Gəncə dəmir yolu idarəsi işçisi) Şaməddin Orucov (Gəncə dəmir yolu idarəsi işçisi) Rasim Həsənov (Gəncə dəmir yolu idarəsi işçisi) Qalib Qəribov (Gəncə dəmir yolu idarəsi işçisi)
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 362-366; 372. Əhmədova, M. “Sarı gəlin və müharibə” ["Sarı gəlin" filmi haqqında] //Kino.- 2006.- 18 avqust.- səh. 6. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1998-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Birinci Qarabağ müharibəsi haqqında filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Azərbaycanın dram filmləri