Cüzeppe Tornatore ( ) — İtaliya kinorejissoru və ssenaristi.

Həyatı Cüzeppe Tornatore 27 may 1956-cı ildə Siciliyada Palermo yaxınlığındakı Bageriya kommunasında anadan olmuşdur. Hələ 16 yaşı olarkən aktyor ifası və teatrla maraqlanmağa başlayır. Luici Pirandello və Eduardo de Fillipponun əsərlərinə verilən quruluşa rəhbərlik etməyə başlayır. O, kinoda debütünü sənədli filmlə etmişdi. Bu, "Siciliyanın etnik azlığı" ("Le minoranze etniche in Sicilia") filmi idi. İşin uğurlu alınması nəticəsində bu film Salernoda keçirilən festivalda mükafat qazandı. Cüzeppe Tornatorenin ilk tammetrajlı filmi "Kammorist" idi və bu ekran əsəri 1986-cı ildə ekranlara çıxmışdı. Buna qədər Tornatore italyan televiziyasında işləyir, sənədli filmlər və verilişlər çəkirdi. "Kammorist" filmi tamaşaçılar və kino tənqidçiləri tərəfindən yüksək səviyyədə qəbul olundu. Eləcə də bu film ən yaxşı rejissor işinə görə İtaliya kinojurnalistlərinin Milli sindikatının "Gümüş lent" mükafatına layiq görülmüşdür. 1988-ci ildə onun "Yeni kinoteatr "Paradiso"" filmi ekranlara çıxır. Ekranlara çıxdığı gündən bu film böyük sensasiya səbəb olur və bir çox mükafatlar qazanır. Bu film hətta Xarici dildə ən yaxşı filmə görə nüfuzlu "Oskar" mükafatına da layiq görülür. Bu film Tornatoreyə dünya şöhrəti qazandırır.

Cüzeppe Tornatorenin filmlərində Bill Nann, Jak Perren, Jerar Depardye, Roman Polanski, Sercio Kastellitto, Tim Rot, Filipp Nuare, Monika Belluççi, Kseniya Rappoport, Cüzeppe Sulfaro, Françesko Şanna və digər tanınmış italyan aktyorları çəkilmişlər.

Dini baxışlarına görə Tornatore ateistdir.

Filmoqrafiya

Rejissor fəaliyyəti Kammorist (film, 1986) / Il Camorrista Yeni kinoteatr "Paradiso" (film, 1988) / Nuovo Cinema Paradiso Hər kəsin bütün işləri qaydasındadır (film, 1990) / Stanno tutti bene Xüsusilə bazar günləri (film, 1991) / La domenica specialmente Adi rəsmiyyət (film, 1994) / Una pura formalità Ulduz fabriki (film, 1995) / L'uomo delle stelle 1900-ün əfsanəsi (film, 1998) / La leggenda del pianista sull’oceano Malena (film, 2000) / Malèna Naməlum qadın (film, 2006) / La Sconosciuta Baariya (film, 2009) / Baarìa Ən yaxşı təklif (film, 2013) / The Best Offer Yazışma (film, 2016) / La Corrispondenza

Ssenarist fəaliyyəti Palermoda yüz gün (film, 1984) / Cento giorni a Palermo Kammorist (film, 1986) / Il Camorrista (Cüzeppe Marazzo ilə) Yeni kinoteatr "Paradiso" (film, 1988) / Nuovo Cinema Paradiso Hər kəsin bütün işləri qaydasındadır (film, 1990) / Stanno tutti bene (Massimo de Rita və Tonino Querra ilə) Adi rəsmiyyət (film, 1994) / Una pura formalità 1900-ün əfsanəsi (film, 1998) / La leggenda del pianista sull’oceano Malena (film, 2000) / Malèna Naməlum qadın (film, 2006) / La Sconosciuta Baariya (film, 2009) / Baarìa Ən yaxşı təklif (film, 2013) / The Best Offer Yazışma (film, 2016) / La Corrispondenza

İstinadlar

Kateqoriya:İtaliya kinorejissorları Kateqoriya:İtaliya ssenaristləri Kateqoriya:Cüzeppe Tornatorenin filmləri Kateqoriya:Oskar mükafatı laureatları Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:İtaliyanın teatr rejissorları Kateqoriya:İtaliya kinoprodüserləri