Əli Nağıyev (tam adı: Əli Teymur oğlu Nağıyev; ) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Həyatı Əli Nağıyev 1954-cü il martın 15-də Naxçıvan şəhərində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində tətbiqi riyaziyyat üzrə ali təhsil alıb. Professordur. Rus dilini bilir.

Əli Nağıyev ailəlidir, 2 övladı var.

Fəaliyyəti Yeni Azərbaycan Partiyasının qurucu üzvü və sədr müavini olub.

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində Yeni Azərbaycan Partiyasının siyahısı üzrə 4-cü sırada olan Əli Nağıyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Əli Nağıyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının üzvü, Azərbaycan—Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.

Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin 15 may 2006-cı il tarixli 1454 nömrəli Sərəncamı ilə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi. 5 il sonra isə o, İlham Əliyevin 20 aprel 2011-ci il tarixli 1148 nömrəli Sərəncamı ilə Azərbaycanın Belarusda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad edildi.

İstinadlar

Kateqoriya:91-lər Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Yeni Azərbaycan Partiyasının sədr müavinləri Kateqoriya:Əlincə Xeyriyyə Cəmiyyətinin sədr müavinləri Kateqoriya:Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirləri