Nəriman Şamo oğlu İmranov () — Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri (1993–1994).

Həyatı Nəriman Şamo oğlu İmranov 1944-cü ilin yanvar ayının 2-də Basarkeçər rayonunun (indiki Vardenis rayonu) Şişqaya kəndində anadan olmuşdur (Atası Cil kəndindəndir (Ağacanlı)).

1993-cü ilin iyulundan 1994-cü ilin sentyabrına qədər milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. 15 may 1994-cü ildə ona general-mayor ali hərbi rütbəsi verilib.

1994-cü il dekabrın 21-də bir qrup şəxsin nazirliyin təcridxanasından qaçırılmasını təşkilinə görə vətənə xəyanət ittihamı ilə ömürlük azadlıqdan məhrum edilib. 21 fevral 1996-cı ildə isə general-mayor rütbəsindən məhrum olunub.

2002-ci ildə əfv fərmanı ilə azadlığa buraxılıb.

İstinadlar

Xarici keçidlər İmranov-Abbasov-Hüseynov triosu Azərbaycana qarşı təhlükəli oyunda — GÜNÜN MANŞETİ Nəriman İmranov, Siyavuş Mustafayev və ya bir əfvin TARİXÇƏSİ MTN-in keçmiş rəhbəri Rusiya generalı ilə birgə hərəkat yaradır "Nəriman İmranov nə Əli Kərimli, nə də Cəmil Həsənlidir…" — FOTO

Kateqoriya:Azərbaycanın xüsusi xidmət orqanları rəhbərləri Kateqoriya:Azərbaycanlı generallar