Səlim Müslümov () — Azərbaycan siyasətçisi. O, 2013–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi xidmət etmişdir. Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilmişdir.
Həyatı Müslümov Səlim Yanvar oğlu 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olmuşdur. 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983–1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmışdır.1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olmuşdur. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışmışdır. 2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilmişdir. 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilmişdir.
2004-cü il sentyabrın 18-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının Pekində keçirilən 28-ci Baş Assambleyası zamanı bu qurumun Büro üzvü seçilmişdir. 2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində "Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları" doktorluq dissertasiyası müdafiə edərək İqtisad elmləri doktoru alimlik dərəcəsi almışdırSəlim Müslümov elmlər doktoru adına necə sahib olub? Муслимов, Cалим Январ оглы. .
S. Y. Müslümov iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak etmişdir. O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2002-ci il tarixli 643 nömrəli Fərmanı ilə ona gömrük xidməti general-mayoru ali xüsusi rütbə verilmişdir.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin edilib.
Hal-hazırda "Azərbaycan Hava Yolları" QSC Milli Aviasiya Akademiyasının "İqtisadiyyat" kafedrasının müdiri vəzifəsində çalışıb. 2026-cı ildən müəllimi kimi fəaliyyətə başlayıb.
Şəxsi həyatı Rus və ingilis dillərində sərbəst danışır. Evlidir, 3 övladı var.
Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilmişdir. Dəymiş ziyanın böyük hissəsini ödəməsi və səhhəti nəzərə alınaraq barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ona şərti cəza verilib.
Mənbə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu
İstinadlar
Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycanlı iqtisadçılar Kateqoriya:Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirləri Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimləri