Fıstıqlı — Azərbaycan Respublikasının Qax rayonunun Qum kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Kənd fıstıq ağacı çox olan ərazidə salındığı üçün belə adlandırılmışdır.
Coğrafiyası və iqlimi Kənd Qapıçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir.
Əhalisi 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Fıstıqlı kəndində milli tərkibi muğallardan ibarət 42 ailə yaşayırdı.Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168 Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Kənd əhalisi etnik azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışır.SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005 The Sociolinguistic Situation of the Tsakhur in Azerbaijan
2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Qum kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2.881 nəfər (1422 nəfəri kişilər, 1459 nəfəri qadınlar) əhali yaşayırdı.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Qax rayonu
1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Fıstıqlı kəndində hər iki cinsdən toplam 262 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat
İqtisadiyyatı Kənddə 75 təsərrüfat mövcuddur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qax rayonunun kəndləri