Ələddin Camal oğlu Sultanov () — general-mayor.
Konstitusiya Məhkəməsinin hakimi (1998–2010), Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini (1992), Azərbaycan Respublika Baş Prokurorunun xüsusi işlər üzrə köməkçisi (1990), Azərbaycan SSR Ədliyyə Nazirliyinin Hüquqşünas kadrların Təkmilləşdirilməsi İnstitutunun prorektoru (1987), Azərbaycan SSR prokurorunun 1-ci müavini (1981), Naxçıvan MSSR prokuroru (1980), Bakı şəhər prokurorunun müavini, istintaq şöbəsinin rəisi (1979), Bakı şəhər Lenin (Sabunçu) rayonun prokuroru (1977), Lənkəran rayonun prokuroru (1970), Mingəçevir şəhər prokuroru (1967), Bakı şəhər 26 Bakı Komissarları adına (Səbail) rayonun prokurorunun müavini (1966), Bakı şəhəri Oktyabr (Yasamal) rayon Prokurorluğunda prokuror müavini (1963), Bakı şəhər prokurorluğun baş müstəntiqi (1959), Bakı şəhər Voroşilov (Nizami) rayonu prokurorluğun müstəntiqi (1956), Bərdə rayon prokurorluğun müstəntiqi (1952)
Həyatı 31 iyul 1928-ci ildə Gəncə şəhərində anadan olub. 1947-ci ildə Gəncə şəhərinin M. Ə. Sabir adına orta məktəbi bitirib, həmin ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və 1952-ci ildə fərqlənmə ilə bitirib. General-mayor rütbəsini əldə edib.
Ailəli olmuşdur, 4 övladı var.
Ələddin Sultanov Azərbaycan SSR sənaye tikintisi naziri Qurban Sultanovun qardaşıdır.
Fəaliyyəti
Əmək fəaliyyəti 1952-ci il Bərdə rayon prokurorluğunun müstəntiqi, 1956-cı il Bakı şəhəri Voroşilov (Nizami) rayonu prokurorluğun müstəntiqi, 1959-cu il Bakı şəhər prokurorluğunun baş müstəntiqi, 1963-cü il Bakı şəhəri Oktyabr (Yasamal) rayon prokurorluğunda prokuror müavini, 1966-cı il Bakı şəhəri 26 Bakı Komissarları (Səbail) rayonun prokurorunun müavini, 1967-ci il Mingəçevir şəhər prokuroru, 1970-ci il Lənkəran rayonun prokuroru, 1977-ci il Bakı şəhər Lenin (Sabunçu) rayonun prokuroru, 1979-cu il Bakı şəhər prokurorunun müavini, istintaq şöbəsinin rəisi, 1980-ci il Naxçıvan MSSR prokuroru, 1981-ci il Azərbaycan SSR prokurorunun 1-ci müavini, 1987-ci il Azərbaycan SSR Ədliyyə Nazirliyinin Hüquqşünas Kadrların Təkmilləşdirilməsi İnstitutunun prorektoru, 1990-cı il Azərbaycan Respublika Baş Prokurorunun xüsusi işlər üzrə köməkçisi, 1992-ci il Bakı Şəhər İcra Hakimiyyətinin Başçının müavini, aparatının rəhbəri olaraq çalışmışdır.
Ələddin Sultanov 14 iyul 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi təyin olunmuşdur.
Mükafatları 26 may 1972-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı 7 sentyabr 1981-ci ildə SSRİ Ali Soveti Rəyasət heyətinin fərmanı ilə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi. 26 may 1982-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Xalqlar dostluğu" ordeni. 12 iyul 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı 31 iyul 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni.
Filmoqrafiya Xatirələr sahili filmində rol alan Ələddin Sultanov prokuror rolunda çəkilib. Həmin illərdə Ələddin Camal oğlu Sultanov Lənkəran rayonunun prokuroru vəzifəsində çalışıb.
Mənbə "Qədim torpağın ləyaqətli övladı" – Qurban Camal oğlu Sultanovun 80 illiyinə həsr olunmuş kitab – "Elm və həyat nəşriyyatı" Bəhram İbrahimov- Bakı – 1998 (səh.39–41 Ələddin Sultanov) "Qanuna söykənən ömür"- 75 illiyinə həsr olunmuş kitab "QAPP – POLİQRAF" Korporasiyasının nəşriyyatı. Müəllif- Telman Zülfüqaroğlu. 2003-cü il. "Müdrik və Xeyirxah insan" – Sona xanımın 75-illiyinə həsr olunmuş kitab (124 −126 səh.154–158 səh.- Ələddin Sultanov haqqında) "ÇİNAR-ÇAP" nəşriyyatı, 2007-ci il. Müəllif – Telman Zülfüqaroğlu. "XX əsr Gəncənin elm, mədəniyyət, partiya və dövlət xadimləri" — kitab — Ələsgər Əliz-adə, Akif Əliyev(Əli-zadə), redaktor Nüşabə Araslı – 2008-ci il (Sultanov Ələddin Camal oğlu – səh. 247–248) Asan Radio https://gencexeber.az/tarix/bu-g-n-g-nc-li-h-quq-nas-l-ddin-sultanovun-95-ci-do-um-g-n-d-r/ https://report.az/sosial-mudafie/bu-gun-eleddin-sultanovun-90-illik-yubileyidir/ https://www.youtube.com/shorts/AypMmaURSes https://www.youtube.com/watch?v=r0Fq9UHKA0o https://azertag.az/xeber/konstitusiya_mehkemesinin_hakimine_sohret_ordeni_teqdim_edilmisdir-443484 https://constcourt.gov.az/az/details/1012
İstinadlar
Xarici keçidlər Xatirələr sahili (1972) Hakim Ələddin Sultanov (Müsahibə)
Kateqoriya:Naxçıvan MSSR prokurorları Kateqoriya:Mingəçevir şəhərinin prokurorları Kateqoriya:Lənkəran rayonunun prokurorları Kateqoriya:Sabunçu rayonunun prokurorları Kateqoriya:III dərəcəli dövlət ədliyyə müşavirləri Kateqoriya:Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri Kateqoriya:Bakı Şəhər İcra Hakimiyyətinin başçılarının müavinləri