Qıpçaq — Azərbaycan Respublikasının Qax rayonunun Qıpçaq kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kəndin adı türkdilli qədim qıpçaq tayfasının adı ilə bağlıdır. Hələ e.ə. 203-cü ilə aid Çin salnaməsində haqqında məlumat verilən qıpçaqlar əvvəllər Altayda yaşamışlar. Sonralar qərbə doğru hərəkət edərək Dunay çayı sahillərinədək yayılmışlar.

Azərbaycan ərazisinə qıpçaq tayfalarının gəlməsi müxtəlif tədqiqatlarda əks olunmuşdur, belə ki, bəzi tədqiqatçılar bu tarixi hadisəni IV–V əsrlərə (M. Şirəliyev), VII–VIII əsrlərə (L.Bünyadov), HI–IV əsrlərə (Q.Voroşil), XI–XII əsrlərə (Q.Qeybul- layev), IX–X əsrlərə (İbn-əl-Əsir) aid edirlər.

Qıpçaq tayfaları Azərbaycanlıların, qazax, qırğız, qaraqalpaq, özbək, türkmən, tatar, başqırd, balkar, qumuq və s. xalqların etnogenezində iştirak etmişlər. Beləliklə, Qıpçaq etnooykonimdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Coğrafiyası və iqlimi Kənd Qaraçayın sahilində, Alazan–Əyriçay çökəkliyində yerləşir.

Əhalisi 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik Azərbaycan türkləri olan muğallardan ibarət hər iki cinsdən toplam 317 nəfər əhali yaşayırdı."Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 142

1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 162 təsərrüfatda hər iki cinsdən toplam 665 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat

1 yanvar 2017-ci il tarixinə olan məlumata əsasən kənddə hər iki cinsdən toplam 712 nəfər əhali yaşayır

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qax rayonunun kəndləri