"Makkennanın qızılı" () — rejissor Cey Li Tompsonun filmi.
Məzmun
1874-cü il. Şerif Makkenna təsadüfi vuruşda apaçilərin rəhbərlərindən biri qoca Koyotu öldürür. Koyotun üstünü axtaran şerif oradan əfsanəyə əsaslanan və saysız xəzinədən xəbər verən Qızıl Kanyonun yerini göstərən plan tapır. Əfsanəyə əsasən, apaçilər bu qızılı çox illər bundan əvvəl tapmışdılar. O, ruhla qorunur və apaçilər onlara toxunmayana qədər çox güclüdürlər. Çoxları bu xəzinəni tapmağa cəhd göstərmişlər. Əfsanə, eləcə də bir nəfər Adams adlı adamın kanyonu tapmasından və apaçilərin onu tutub başqalarına yolu göstərə bilməməsi üçün gözlərini çıxarmasından xəbər verir. Elə buna görə də Qızıl Kanyon həm də Kor Adamsın Konyonu adlandırılır. Xəritəni götürən Makkenna onu yandırır.
Makkenna Koyotla məşğul olduğu vaxt tanınmış meksikalı quldur Con Kolorado meksikalı və hindu-apaçilərdən təşkil olunmuş dəstəsi ilə hakim Berqmannın evini və onun qızı İnqanı ələ keçirir. Koloradonun məqsədi orada məskunlaşıb atlarla və ərzaqla varlanmaq olur. Quldurlar hakimi öldürüb İnqanı özləri ilə götürürlər. Onlar qəfildən Makkennanı da əhatəyə alırlar. Kolorado çoxdan Koyotu və onun xəritəsini axtarırmış. O, Makkennanı onların bələdçisi olmağına vadar edir.
Koloradonun dəstəsində eləcə də Ben Beykerin dəstəsi də toplanmışdır. Beykerin dəstəsi görkəmli şəhərlilərdən, iki ingilisdən və həmin kor Adamsdan təşkil olunmuşdur. Lakin qızılaxtaranlar dəstəsi pusquda dayanmış federal əsgərlərlə qarşılaşırlar. Çox az adam xilas ola bilir. Əsgərlər izə düşürlər. Serjant Tibbs qızılaxtaranları təqib edib qalan əsgərlərini öldürür və Koloradoya qoşulur.
Qızılaxtaranlar qızıl kanyona girirlər. Hamıdan əvvəl Makkenna ayıq başla hərəkət edir və heç nə başa düşməyən İnqanı yuxarı qaldırır. Heyrətə düşmüş qız artıq ağlını itirmiş qızılaxtaranların bir-birini necə öldürməyini görür. Hamıya qalib gəlmiş Kolorado Makkenna ilə mübarizə aparır. Tezliklə apaçi atlıları görünür. Lakin bu vaxt kanyonda dağıntı baş verir. Silahsız qalmış Kolorado Makkennanı hədələyərək oradan uzaqlaşır. Makkenna qızla birlikdə yoluna davam edir. Onların hələ xəbəri yoxdur ki, atların yəhəri ağzına qədər qızılla doludur.
Filmin heyəti
Film üzərində işləyənlər
Əsərin müəllifi : Hek Allen (roman) Ssenari müəllifi : Karl Formen Rejissor : Cey Li Tompson Operator : Cozef MakDonald Bəstəkar : Kuinsi Cons Prodüserlər : Karl Formen, Dmitri Tyomkin
Rollarda
Qreqori Pek – Şerif Makkenna Ömər Şərif – Con Kolorado Telli Savalas – serjant Tibbs Culi Nümar – Heş-Ke Kinen Uinn – Sançes Kamilla Sparv – İnqa Berqmann Ted Kessidi – Haçita Eduardo Çanelli – Koyot Dik Pibodi – Avila Rudi Dias – Beş Robert Fillips – Manki Şelli Morrison Robert Porter Con Qarfild Dyuk Hobbi Li Cey Kobb – qəzet redaktoru Reymond Messi Börcess Meredit Entoni Kueyl – qoca ingilis Edvard C. Robinson – qoca Adams Eli Vollax – Ben Beyker
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Vestern filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Cey Li Tompsonun filmləri Kateqoriya:1969-cu ilin filmləri Kateqoriya:Columbia Pictures Kateqoriya:Amerikanın yerli əhalisi haqqında filmlər Kateqoriya:İngilis dilində vestern filmləri Kateqoriya:ABŞ-nin macəra filmləri Kateqoriya:ABŞ-nin vestern filmləri Kateqoriya:Arizonada çəkilmiş filmlər Kateqoriya:Columbia Pictures filmləri Kateqoriya:Yutada çəkilən filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:XIX əsr haqqında tarixi filmlər Kateqoriya:Romantik filmlər