Məhəmmədhəsən Mirzə Məhəmmədəli şah oğlu Qovanlı-Qacar () — Əhməd şah Qacarın qardaşı, Cənubi Azərbaycan vilayətinin valisi və Qacar sülaləsinin vəliəhd şahzadəsi. Rza xanın 1925-ci ildə özünü şah elan etməsindən sonra bütün ailəsi ilə birlikdə ömürlük İngiltərəyə sürgünə göndərilmişdir. 1930-cu ildə özünü İran taxtının varisi elan etmişdir. 1943-cü ilin 7 yanvarında İngiltərənin Meydenhed şəhərində vəfat etmişdir. İraqın Kərbəla şəhərində dəfn edilmişdir.

Həyatı Məhəmməd Əli şahın üçüncü оğlu Məhəmməd Həsən Mirzə 20 noyabr 1899-cu ildə Təbriz şəhərində dünyaya göz açmışdı. Mükəmməl saray təlim-tərbiyəsi və təhsili görmüşdü.

Məhəmməd Həsən Mirzə 1943-cü ildə vəfat еdib. İraqın Kərbəla şəhərində dəfn edilmişdir.

Fəaliyyəti Qardaşı Əhməd şah Qacarın Rza şah tərəfindən devrilməsindən əvvəl belə İran siyasətində önəmsiz fiqur idi. Lakin bu ona özünü şah kimi görmə istəyinə mane olmurdu. O, 1921-ci ilin əvvəllərində qardaşını devirmək üçün Britaniya səfirliyinə elçi göndərmişdi. Bağdaddakı səfirliyin Ali Komissarı Herman Normanı məlumatlandırmışdı ki, Seyid Ziyaəddin Təbatəbai məlumat vermişdir ki, "Məhəmməd Həsən Mirzə şahdan narazıdır, o bolşeviklərin İrana təhlükə yaratdığını düşünür. O, şahı lazımsız hesab edir və yeni hökumət formalaşdırmaq istəyir".FO 371/6446, Cox to Norman, Foreign Office and the Government of India, 10 July 1921.

Məhəmməd Həsən Mirzə bu təklifi Britaniyanın İrandakı keçmiş attaşesi Persi Kokx istisna olmaqla, digər ingilis nümayəndələri tərəfindən diqqət görmədi. İrandakı Britaniya diplomatik nümayəndəsi olan Herman Norman Əhməd şah Qacarın taxtda qardaşı ilə əvəzlənməsini taktiki baxımdan səhv hesab edirdi. O, düşünürdü ki, bu İranın bölünməsinə səbəb ola bilər.

Birinci Dünya müharibəsi zamanı 1918-ci ildə Cənubi Azərbaycanın valisi olmuşdu.

Səməd Sərdarniya "Arazın hər iki tayında müsəlmanların soyqırımı" (Bakı, Elm, 2006) kitabında yazır:

Ailəsi Oğlanları: Sultan Hüseyn Mirzə (25 avqust 1916, Təbriz — 1986, Kanada) Sultan Həmid Mirzə (23 aprel 1918, Təbriz — 5 may 1988, London) Rüknəddin Mirzə (1923, Tehran — 1996, Kanada)

Qızları Şəms Ağdaş (1919, Tehran — 1991, Paris) Giti Əfruz (1922, Tehran — ?)

Mükafatları I dərəcəli Şiri-Xurşid ordeni I dərəcəli İran taxtı ordeni Misirli Məhəmməd Əlinin böyük nişanı

İstinadlar

Mənbə

Həmçinin bax Qacarlar Məhəmmədəli şah Əhməd şah Qacar

Kateqoriya:Qacar şahzadələri Kateqoriya:Cənubi Azərbaycan tarixi Kateqoriya:Təbrizdə doğulanlar Kateqoriya:İngiltərə azərbaycanlıları