Seyid Camaləddin piri — Astara rayonunun Pensər kəndi qəbristanlığında abidə. Tarixi sənədlərdən məlum olduğuna görə Seyid Cəmaləddin Eynəzzaman Camaləddin Gilanidir. Şeyx Səfi Ərdəbilinin ustadı Şeyx Zahid Gilaninin (Tacəddin İbrahim) mürşidi olub və ömrünün çox hissəsini indiki Astara ərazisində yaşayıb. Sufiliyi təbliğ etmiş və öz nəzəriyyəsini Şirvanda yaymaq üçün oğlu və müridi Seyid Sədullanı Bakıya göndərmişdir.

Həmçinin bax Yusif Müsküri Xəlvətilik Seyid Sədullanın xeyriyyə idarəsinin portalı

İstinadlar

Kateqoriya:Astara rayonunun türbələri