Yəzid ibn Məzyəd (; ) – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda hakimi, sonradan Şirvanşah rütbəsi qəbul edərək müstəqil Şirvanşahlar dövlətinin əsasını qoymuş Məzyədilər sülaləsinin banisi.

Qəbiləsi Tam adı "Yəzid ibn Məzyəd ibn Zaidə ibn Abdullah ibn Zaidə ibn Matər ibn Şureyx ibn Əmr ibn Qeys ibn Şureyxbil ibn Humam ibn Murra ibn Zül ibn Şeyban" olmuşdur və Şeyban tayfasına mənsub idi.V. Minorski, Şirvan və Dərbəndin tarixi, səh. 42 Orduda yüksək yerlərə əmisi Məan ibn Zaidə sayəsində gəlmişdir. İlk dəfə Sistanda hərbi xidmətə başlayan Yəzid xəlifə əl-Mehdi dövründə (775-785) Xorasanda üsyan yatırtmış, 782-ci ildə Harun ər-Rəşidin başçılığı ilə Bizansa qarşı müharibədə döyüşmüşdür. əl-Hadinin Cürcan hakimliyi dövründə ona sadiq olmuş, bu sədaqəti müqabilində Ərməniyyə hakimliyi ilə təltif olunmuşdu.

Fəaliyyəti

Xəlifə Harun ər-Rəşidin Ərməniyyə və Azərbaycana hakim təyin etdiyi Əli ibn İsa ibn Məhana qarşı müxtəlif şəhərlərdə üsyanlar verirdi. Yəqubi qeyd edir ki, "buraya gələn Əli özünü pis apardı, buna görə də Şirvan əhli onun əleyhinə üsyan qaldırdı və ölkədə çaxnaşma düşdü".S. Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2007, səh 63 Belə olduqda xəlifə 787 – ci ildə yenidən Yəzid ibn Məzyəd əş Seybanini Ərminiyyə və Azərbaycana hakim təyin etdi. O, üsyanı yatırtdı və ölkədə qayda-qanun yaratdı.Əl-Yəqubi, s.12, ərəb mətni, s.8 794-cü ildə Şeyban tayfasından başqa bir üsyançı olan xarici Valid ibn Tarifi məğlub etdi və öldürdü. 799-cu ildə yenidən Ərməniyyə hakimliyinə təyin olundu. Xəzər-ərəb müharibələri gedişində Ərməniyyəni xəzərlərdən qorumuş və müharibənin sonunu təyin etmişdir.

Ölümü Yəzid Şirvanşah Məzyədilər sülaləsinin banisi və xilafətin məşhur sərkərdələrindən biri idi. O, h.185 (801)-ci ildə Bərdədə ölmüş və orada da dəfn olunmuşdur. Mənbə onun ölümünün təfərrüatını belə nəql,edir: "Söyləyirlər ki, bir qonaqlıqda ona gözəl bir qız bağışlayırlar. O, məclisi tərk edərək qızla intim əlaqəyə girir və onun ağuşunda ölür. Bu, Bərdədə olmuşdur..." Mинopcкий. Иcтopия Шиpвaнa, c.44 Numizmatik məlumatlara görə, Yəzid ölümündən sonra onun oğulları Əsəd ibn Yəzid, Məhəmməd ibn Yəzid Пaxoмoв. Moнeты Aзepбaйджaнa, вып.II, c.96-99. və xəlifənin h.205 (802)-ci ilə qədər bir-birinin ardınca Azərbaycana, Arrana, Ərməniyyəyə təyin etdiyi bir sıra əmirlər hakimiyyət sürmüşlər.

Ailəsi Qardaşı - Əhməd ibn Məzyəd

Oğulları - Əsəd, Məhəmməd, Xalid

İstinadlar

Kateqoriya:Abbasi sərkərdələri Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:IX əsr ərəbləri