Məmmədəmin Əhməd oğlu Şəkinski — Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Xalq Daxili İşlər Komissarlığı Bakı Şəhər Baş Milis İdarəsinin rəisi və XDİK Kollegiyasının üzvü.

Həyatı 1900-ci ildə Aşğabad şəhərində anadan olmuşdu. 1909-cu ildə ailəsi ilə Nuxa şəhərinə qayıdıb, sonra 8 il Tiflisdə gimnaziyada oxumuşdu.

1917-ci ildə Hümmət partiyasının üzvü olub, Nuxada, Ağdaşda və Qarsda bolşevik təşviqatı ilə məşğul olub. Daha sonra Hümmət partiyasının Aşqabad komitəsinə keçib, Zakaspi sovet hökümətinin fəallarından biri olub. Türkmənistanda sovet hökümətinin süqutundan sonra Bakıya qayıdıb, 1918-ci ilin oktyabrından AXC ordusunda xidmət edib, burada bolşevik təşviqatı aparıb.

Sovet işğalından müxtəlif hərbi və milis vəzifələr tutub.

1924-cü il məlumatına görə Bakı milisinin rəisi idiСправочник Бакинской ярмарки 1924 года и путеводитель по Баку с планом ярмарки и г. Баку, s. 69.

1957-ci ildən DİN Arxiv İdarəsinin başcısı olub.

1979-cu ildə vəfat edib.

İstinadlar Kateqoriya:Şəkinskilər

Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Azərbaycanlı inqilabçılar Kateqoriya:Azərbaycan kommunistləri