Şəki xan sarayı (həmçinin Şəki xanları sarayı) — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq QoruğununШеки, один из исторических городов Азербайджана, расположен на живописном рельефе и обладает чертами своеобразия. Верхняя историческая часть города, так называемая "Юхары баш", ныне объявлена заповедной зоной. Здесь расположены старая цитадель Шеки и дворец шекинских ханов. ərazisində yerləşən saray dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə fars üslubunda inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir.

30 metr uzunluğa malik olan iki mərtəbəli saray 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Sarayın rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri daş çərçivələrə oturdulmuşdur.

Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindən biriThe Sheki Palace is one of the Jewels of the Islamic East, and the only palace which was fully and painstakingly restored to its original state in this part of the world. hesab edilir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray Ümumdünya irsidir.

Tarixi

Mənbələrdə Qafqaz Komandanı Aleksey Yermolovun göstərişi ilə general-mayor Fyodr Axverdov və dövlət şurasının müşaviri Mogilevski tərəfindən hazırlanmış "Şəki əyalətinin təsviri"ndə (Tiflis, 1866) bütövlükdə saray kompleksinin təsviri verilmişdir. Həmin hesabata əsasən kompleksə daxil olmuş bir çox tikililərin ilkin təyinatını müəyyənləşdirmək mümkündür. Həmin diyarda olmuş general N.N.Rayevskiy 1826-cı ildə yazır: "…Orada yerləşən həmin diyarın keçmiş xanlarının sarayı haqqında Baxçasaray sarayı yalnız zəif təsəvvür yaradır…"

1834-cü il avqustun əvvəllərində Şəkidə olmuş dekabrist A. Korniloviç Qubadan qardaşına məktub yazmışdı. Məktubunda 1828-ci ilə kimi Şəki əyalətinin özünün hakimi olduğunu qeyd edən Korniloviç sarayı belə təsvir edir:

1846-cı ildən Zaqafqaziya diyarında xidmət etmiş Andrey Fadeyev xatirələrində şəhəri təsvir edərkən, sarayın xarici göünüşü, daxili bölgüsü, naxışları, barelyeflər və "fars atlıları və asiya döyüşlərinin təsvirlərinin mükəmməl saxlandığı" şərq rəssamlığından da yazır. 1849-cu ildə yazıçı A. Zisserman Nuxa şəhərinə (Şəki şəhərinin 1968-ci ilə kimi rəsmi adı) səfər edir. Şəhər haqqında danışarkən, o, sarayı da xatırlayır. O, qeyd edir ki, ağlayan söyüdlərlə əhatələnmiş mərmər fəvvarələr, rəngarəng şüşələr, otaq sobaları üzərindəki yapma bəzəklə, qapı və pəncərələrdəki taxta oymaları "xan dəbdəbəsi və sarayın keçmiş möhtəşəmliyini xatırladır."

Saray İlya Berezinin 1850-ci ildə nəşr olunmuş "Dağıstan və Zaqafqaziyaya səyahət" adlı kitabında da xatırlanır. "Qafqaz" qəzetinin 1852-ci ildə çıxarılmış 22-ci nömrəsində Divan bəy tərəfindən sarayın təsviri çap edilmişdir.173. Вѣсти изъ Нухи Диванъ-Бека. (Кавказ 1852 г. № 22)Описанiе развалинъ, или, лучше сказать, опустѣвшаго ханскаго дворца въ городе Нухѣ. 1858-ci illərin sonlarında Şəkidə olmuş Aleksandr Düma da saray haqqında bəzi məlumatlar verir. "Bu sarayda dünyaya göz açmış", "sonuncu Nuxa xanının" nəvəsi olan və "böyük knyazların köçməsindən sonra burada yaşamağa başlamış" mayor Məhəmməd xanla görüşündən danışan Düma, həm də "yalnız 1827-ci ildən…rusların hakimiyyəti altına keçmiş" saray binasının özünü də təsvir edir:

Hərb tarixçisi Vasili Potto XIX əsrin sonlarında yazdığı "Qafqaz müharibəsi" adlı kitabında Şəki xanlığının paytaxtının ruslar tərəfindən işğalını təsvir edərkən, xan sarayını da qeyd edir. O, sarayı "şərq sibaritinin nümunəvi yaşayış yeri" adlandıraraq yazır ki, burada hər şey "qəribə, orijinal fars zövqü ilə işlənmişdir: ağlayan söyüdlərlə əhatə olunmuş mərmər hovuz, incə pəncərələrdəki rəngarəng şüşələr, güzgü hissələrindən yığılmış tavanlar, qapılar, karnizlər, pəncərə və otaq sobalarını bəzəyən mükəmməl yapma naxışlar".

Britannika Ensiklopediyasının 1890-cı ildə çıxarılmış doqquzuncu nəşrindəki "Nukha" adlı məqalədə xan sarayından da bəhs olunur. XIX əsrin sonu – XX əsrin əvvəllərində nəşr olunmuş Brokhauz və Efronun ensiklopedik lüğətində saray haqqında yazılır: "Qala divarları və fars üslubunda xan sarayı şəki xanları tərəfindən 1765-ci ildə inşa etdirilmişdir." Şəki xan sarayı Lev Tolstoyun "Hacı Murad" povestində də xatırlanır. Saray, fransız tarixçi və coğrafiyaşünas Elize Reklünün 1878-ci ildə nəşr olunmuş "The Earth and Its Inhabitants: Asiatic Russia: Caucasia, Aralo-Caspian Basin, Siberia" adlı kitabında da xatırlanır.Здесь хан Хусейн построил мощную крепость, в 1765 году, который охватывает очень красивый дворец в персидском стиле. Britaniya jurnalisti Henri Norman "Russia of To-Day" adlı məqaləsində Tiflisin "xalçalarla dolu" bazarını təsvir edərkən "keçmiş Persiya vassalı olan xanların Nuxadakı sarayından" gətirilmiş parçadan da yazır. Rusiya diyarşünası İ.L.Seqal yazır ki, 1797-ci ildə Məhəmmədhəsən xan "o zaman üçün möhtəşəm olan xan sarayı" inşa etdirmiş və 32.000 çervona başa gələn saraya görə xan xəzinəsi boşalmışdır. O, həm də qeyd edir ki, sarayın memarı məşhur Şiraz memarı Hacı Zeynal-Abdul olmuş və saray fars şahlarının yay saraylarının birindən kopyalanmışdır.

İnşası

Məlumdur ki, saray, XVIII əsrdə inşa edilmişdir. Şandor Rado qeyd edir ki, saray 1760-cı ildə Hüseyn xan tərəfindən inşa etdirilmiş, qısa müddət sonra isə yenidənqurma işləri aparılmışdır.Palace ot the Khan Hussein, erected in the Persian style in 1760, and subsequently restored. Bədii Ensiklopediyada sarayın inşa tarixi 1791/92-ci illər kimi göstərilir. Azərbaycan Sovet Ensiklopediyasında sarayın XVIII əsrin 60-cı illərində Hüseyn xan Müştaqın sifarişi ilə inşa edildiyi göstərilir.

Brokhauz və Efronun Ensiklopedik Lüğətində saray və qala divarlarının eyni vaxtda – 1765-ci ildə inşa edildiyi göstərilir. Britannika Ensiklopediyasının 1890-cı il nəşrində qeyd edilir ki, qala divarları 1765-ci ildə, saray isə həmin tarixdən bir müddət sonra inşa edilmişdir.Крепость четырёхугольная 3000 футов в периметре, воздвигнутая Хусейн Ханом в 1765 году, и располагает дворец, построенный несколько позднее в оригинальном персидском стиле под сенью роскошной группы платанов Britannikanın 1911-ci il nəşrində isə sarayın 1790-cı ildə inşa edilməsi yazılır. Konstantinov da "Nuxa" adlı məqaləsində sarayın 1790-cı ildə inşa edildiyini yazır. Lakin, elə həmin il, başqa bir məqaləsində o, sarayın 1797-ci ildə kor Məhəmmədhəsən xan tərəfindən inşa edildiyini yazır. Rusiya diyarşünası İ.L. Seqal isə sarayın 1797-ci ildə Məhəmmədhəsən xanın sifarişi ilə inşa edildiyini, inşaat işlərinin 32.000 çervondan baha başa gəlməsi və xanlıq büdcəsini boşaltması, saray binasının isə fars şahlarının yay saraylaının birindən kopyalanmasını qeyd edir. O, həm də vurğulayır ki, inşaatın tamamlanmasından sonra Məhəmmədhəsən xan görmə qabiliyyətini itirmişdir, lakin Məhəmmədhəsən xanın gözləri Ağa Məhəmməd şah Qacarın göstərişi ilə onun Tərkeşdə olan sərkərdəsi Dəvəli Mustafa ağa tərəfindən 1795/96-cı illlərdə (hicri 1206) çıxarılmışdır.

Sonrakı tədqiqatlar əsasında müəyyən edilmişdir ki, saray, 1797-ci ildə memar Hadali Zeynalabdin Şirazi tərəfindən (Konstantinova görə "Hacı Zeynalabdin", İ. S. Seqala görə Hacı Zeynalabdul) inşa edilmişdir. Memarlıq tarixçisi M. A. Hüseynovun sözlərinə görə, sarayın inşaat tarixi 1762–1797-ci illər arasında dəyişir.Надписи о времени сооружения дворца не сохранились и в настоящее время наиболее вероятной датой его постройки принято считать 1797 г., который приходится на период правления нухинского хана Мухаммеда Гасан-хана. Во всяком случае дата сооружения дворца ограничивается временем с 1762 по 1797 г. O, həm də, sarayın Şəki xanlığının banisi Hacı Çələbi xanın nəticəsi Məhəmmədhəsən xan tərəfindən inşa etdirildiyini yazır. M. A. Hüseynovun fikrincə bu xan sarayında "XVIII əsr sarayları üçün xaraketerik olan parlaq xüsusiyyətləri əks etdirir."

AMEA Əlyazmalar İnstitutu tərəfindən 1979-cu ildə yığılaraq nəşr olunmuş "Maddeyi-tarix" adlı farsdilli əlyazmada (xəttə əsasən müəllifin Salman Mümtaz olması ehtimal edilir) verilən məlumata görə, sarayın inşası hicri 1204-cü ildə (miladi 1789–1790) başlamışdır. Həmin əlyazmadaca 1240-cı ilin ramazan ayında (aprel-may 1825) sarayda yanğın baş verməsi haqqında məlumat verilir. Əlyazmada saray həm də "Divanxana", yəni şəhər məhkəməsi binası kimi qeyd edilir. Xanın yaşadığı saray binasının həm də şəhər məhkəməsi kimi fəaliyyət göstərməsi haqqında XIX əsr rus müxbir Nikolay Bersenov da məlumat verir. Bəzən saray, xanın yay iqamətgahı kimi də qeyd edilir.

Sonrakı tarixi Qalanın 1853-cü ildə tərtib edilmiş planına əsasən orada xan ailəsi üçün nəzərdə tutulmuş müxtəlif binalar yerləşirdi. Qalada saray kompleksindən başqa xəzinə, baraklar, həbsxana və 1828-ci ildə xan məscidinə çevrilmiş ortodoks kilsəsi yerləşirdi. Sarayın ilkin təsvirləri izləyicilərdə böyük təəccübə səbəb olurdu. Aleksandr Düma, Aleksandr Korniloviç, Andrey Fadeyev və Arnold Zisserman sarayı təsvir etmiş, Lev Tolstoy, Nikolay Rayevskiy, İlya Berezin, Elize Reklü və başqaları onun haqqında məlumat vermişlər.

Azərbaycan SSR dövründə saray muzey statusu almışdır. 1945-ci ildə şərqşünas və sənətşünas L.S.Bretanitskiy saray haqqında namizədlik dissertasiyası yazır. İşini tamamladıqdan sonra, o, bu mövzuya həsr edilmiş məqalə nəşr etdirmiş və sarayı "Azərbaycanın XVIII əsrgörkəmli memarlıq-incəsənət nümunəsi" adlandıran incəsənət tarixçisi B.V.Veymarna müraciət edir.

1946-cı ildə Konstantinov "Nuxa" adlı məqaləsində yazır: "Fars memarlarının zövq və dəbdəbə zirvəsi olan bu möhtəşəm saray 1790-cı ildə Şiraz sakini Hacı Zeynal Abdin tərəfindən inşa edilmişdir."

1947-ci ildə sarayı ziyarət etmiş şair Nikolay Tixonov "Yollar-cığırlar" adlı avtobioqrafik hekayəsində yazır: "Xan sarayının mahiranə və müxtəlif naxışları ilə heyranedici divar rəsmləri yaxşı saxlanmışdır, onlar bizi əmin edir ki, qədim Nuxada incəsənət inkişaf etmiş, poeziya və fəlsəfə yüksək qiymətləndirilmişdi."

1968-ci ildə Şəkinin saray da yerləşən Yuxarı-Baş adlı tarixi hissəsi tarix-memarlıq qoruğu elan edilmişdir. 24 oktyabr 2001-ci ildə Şəkinin tarixi hissəsi ilə birlikdə xan sarayı da UNESCO Ümumdünya irsi siyahısına salınmağa namizəd göstərilmişdir. 1 avqust 2010-cu ildə UNESCO-nun Baş direktoru İrina Bokova Azərbaycana rəsmi səfəri çərçivəsində Şəkidə olarkən Xan sarayını da ziyarət etmişdir. 2019-cu ildən etibarən saray Şəkinin tarixi mərkəzi ilə birlikdə Ümumdünya irsidir.

4 iyul 2012-ci ildə Şəki şəhərində sarayın 250 illiyi təntənəli tədbirlə qeyd edilmişdir. Mərasimdə 30-a yaxın ölkənin və beynəlxalq təşkilatların Azərbaycandakı səfirləri, o cümlədən ölkənin nüfuzlu elm, mədəniyyət və incəsənət xadimləri, həmçinin, Milli Məclisin deputatları iştirak etmişlər.

2019-cu il iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid çinar ağacının təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcilli olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan biri bir gün sonra həyatını itirib. Ağacın budağının qırılıb yerə düşməsi nəticəsində Şəki Xan Sarayına ciddi ziyan dəyməsə də, çardaq hissəsində bir neçə kirəmit qırılıb.

Restavrasiyalar