İzmir — Türkiyənin ən böyük üçüncü şəhəri. İzmir ilinin mərkəzində yerləşir. 2017 TÜİK məlumatlarına görə, İzmirin əhalisi 4.279.677 nəfərdir.
Anadolu yarımadasının qərbində, Egey Dənizi bölgəsinin ortasında yer alan və İzmir körfəzi ətrafında yerləşən şəhər, hər il İzmir Beynəlxalq Sərgisini təşkil edən mühüm bir liman şəhəridir. Ərazisi olaraq ölkənin iyirmi üçüncü böyük ilidir. Qərbində Egey dənizi və Egey adaları, cənubunda Aydın, şimalında Balıkəsir, şərqində isə Manisa yerləşmişdir.
İzmirin qərbində dənizi, çimərlikləri və termal mərkəzləri ilə məşhur olan Qaraburun yarımadası uzanır. Qədim Dünya dövrünün ən məşhur şəhərləri arasında yerləşən Efes, Roma İmperiyası dövründə dünyanın ən böyük şəhərlərindən biri idi. Bütün İoniya mədəniyyətinin zənginliklərini özündə saxlayan Efes, sıx bədii tədbirlərlə də adını eşitdirirdi. Bu məqsədlə də bu şəhərə "Gözəl İzmir", "Qədim İzmir" və ya "la Perle de l'Ionie" (İoniyanın İncisi) adlanırdı.
İzmir, yaxtalar və gəmilərlə dolu uzun və dar bir körfəzin başında yer alır. Sahil boyunca palma, xurma palmaları və geniş prospektlər vardır. İzmir limanı, Türkiyənin ən böyük yeddinci limanıdır.
Etimologiyası İzmir şəhərinin adının haradan gəldiyi barədə sübut olunmuş bir məlumat yoxdur. Ancaq, bir vaxt bugünkü İzmir zonasında yaşamış Erektidlərin Amazonlarla müharibə edib qalib gəldiyi; Liderləri Tesenin də, Amazon qadını Simirna ilə evlənir. Onların yaşadıqları yerə, Simirnanın adı verilir və İzmir Şəhərinin adının da Simirnadan gəldiyi ən çox qəbul olunan fikirdir.
Həmçinin regionda uzun illər hakimiyyətdə olan İonların ləhcəsində Smirna şəhərinin adı Smurne, Afina ləhcəsində isə Smryna yazılırdı. Yunanlar bu şəhərin adını Smirni formasında tələffüz edirdilər. Ancaq Smyrna sözü Yunanca deyil, Egey dənizi Bölgəsindəki bir sıra yaşayış adıdır və Anadolu mənşəlidir. E.ə. 2000 əvvəllərinə aid Kayseri Kültəpə yaşayış məskənində ələ keçən bəzi mətnlərində Tismurna adına da rast gəlinir.
Din İzmirin tanınmış kilsələrindən Müqəddəs Polikarp kilsəsi və Müqəddəs Vukolos kilsəsini qeyd etmək olar.
İqtisadiyyat
Turizm Egey dənizinin tam orta sahillərində yerləşən İzmir şəhəri Anadolu yarımadasının qərbində yerləşməklə, şərqdən Manisa, cənubdan Aydın, şimaldan Balıkesir şəhərləriyə qonşudur. Türkiyədə ən böyük turistik şəhərlərindən biri olan İzmir şəhərinə hava, quru və su yollarından səyyahət etmək mümkündür. İstanbuldan sonra ikinci böyük limana sahib olan İzmir, ilıq iqlimə malikdir, ilin üç yüz günü günəşli keçir. İzmirdə mədəniyyət turizmi, dini inanc turizmi, dəniz turizmi, sağlamlıq turizmi, eko turizm, velosiped turizmi çimərliklər, piknik sahələri, termal sular kimi turistik fəaliiyətlər yerinə yetirilir. thumb|280x280px|Kelsus Kitabxanası, Efes (Selçuk) İzmir İzmirdə tarixi və turistik yerlərə Aqora, Perqam, Efes, Erifra, Menderes, Urla, Torbalı, Asansör, Foça qalası, Həvari Yuhənna bazilikası, İsa bəy məscidi, kilsələr, sinaqoqlar, məscidlər, su kəmərləri, körpülər, hamamlar, muzeylər və s. daxildir.
Təhsil İzmirin tanınmış ali təhsil müəssisələrindən Egey Universiteti, Doqquz Sentyabr Universiteti, İzmir Yüksək Texnologiya İnstitutu, İzmir İqtisadiyyat Universiteti, Yaşar Universiteti, İzmir Katib Çələbi Universiteti, Bakırçay Universiteti, İzmir Demokratiya Universiteti və İzmir Tınaztəpə Universitetini qeyd etmək olar.
İdman 1971 Aralıq dənizi Oyunları İslam Ölkələri İdman Oyunları 2005 Yay Universiada Oyunları İzmir Atatürk stadionu Altay İK Göztəpə İK Qarşıyaxa İK Bucaspor Arkas VK
Nəqliyyat Adnan Menderes Hava Limanı İzmir metropoliteni İZBAN İzmir tramvayı
Qardaş şəhərlər Tampa, Florida, ABŞ — 3 fevral 1990 Lonq Biç, ABŞ — 5 mart 2004 Bremen, Almaniya — 19 oktyabr 1993 Bakı, Azərbaycan — 4 sentyabr 1985 Qırcaəli, Bolqarıstan — 28 yanvar 2009 Mostar, Bosniya və Herseqovina — 25 iyul 1996 Keyptaun, Cənubi Afrika Respublikası — 2014 Plzen, Çexiya — 3 iyul 1987 Çendu, Çin — 2019 Tyantszin, Çin — 11 dekabr 1990 Uhan, Çin — 2009 Xiamen, Çin — 2012 Odense, Danimarka — 20 mart 1991 Split, Xorvatiya — 20 may 1996 Bombey, Hindistan — 13 mart 1997 Surabaya, İndoneziya — 12 sentyabr 1996 Ankona, İtaliya — 11 aprel 2005 Turin, İtaliya — 2012 Tel-Əviv, İsrail — 3 iyul 1996 Çimkənd, Qazaxıstan — 17 dekabr 2004 Nikosiya, Şimali Kipr Türk Respublikası — 2019 Famaqusta, Şimali Kipr Türk Respublikası — 27 oktyabr 1994 Bişkek, Qırğızıstan — 4 iyun 1991 Havana, Kuba — 21 noyabr 1995 Belsı, Moldova — 20 may 1996 Konstansa, Rumıniya — 9 fevral 1995 Volqoqrad, Rusiya — 2006 Türkmənabad, Türkmənistan — 12 noyabr 1993 Sus, Tunis — 5 iyul 2002 Buxara, Özbəkistan — 3 iyul 1992
Şəkillər
Həmçinin bax İzmirin işğalı Menemen qırğını İzmirin qurtuluşu Menemen hadisəsi İzmirCon Yeni Asır (qəzet) Qumru
İstinadlar
Xarici keçidlər
İzmir böyükşəhər bələdiyyəsi İzmir qubernatorluğu
Kateqoriya:Egey dənizinin liman şəhərləri Kateqoriya:Türkiyənin sahilyanı yaşayış məntəqələri Kateqoriya:Milyon nəfərdən çox əhalisi olan şəhərlər Kateqoriya:Türkiyə limanları Kateqoriya:Türkiyədəki Qədim Roma arxeoloji abidələri Kateqoriya:Asiyanın liman şəhərləri