Muçu — Azərbaycan Respublikasının Quba rayonunun Xaltan kənd inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 86 kilometr uzaqda yerləşir Azərbaycanda rayon mərkəzindən ən uzaqda yerləşən kəndidir. Xaltan bələdiyyəsinin tərkibindədir.

Toponimikası Dağətəyi ərazidədir. Əsl adının Mouci olduğu söylənilir. Mucu variantında da qeydə alınmışdır. Tədqiqatçıların ehtimalına görə, oykonim ərəb dilindəki mouc (səngər, sədd) sözündən və tat dilində isimlərin sonuna əlavə olunaraq müəyyənlik bildirən -/ şək. -sindən ibarətdir. Yaşayış məntəqəsinin adı "səngər, sədd yeri" mənasındadır. Muçu eyni zamanda XV əsrdə səfə- vilərin hərbi dəstələrindən biri olmuşdur. Döyüş zamanı öndə gedən muçi və çərxçi dəstələri öz fəaliyyətləri ilə seçilir və qələbənin təmin olunmasında böyük rol oynayırdılar.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Mədəniyyəti Mucu Qubanın ən qədim kəndlərdən biridir. Bu kənd Baba dağın yamacındadır.

Əhalisi Kənddə təqribən 100 ev var. Əhalisi tatlardır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 492 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri