Dünyada danışılan dillərin hamısı bir Dil Ailəsinə mənsubdur. Ən doğru təsnif etmə, kökə görə edilmiş olan 'dil ailələri' təsnif etməsidir. Yəni eyni dil ailəsinə mənsub dillərin, eyni kökdən, bəlkə də eyni primitiv dildən yarandığı qəbul edilir.
Çox dilin yazılı tarixi çox qısa olduğu üçün, çox az dilin qəti kökü bilinməkdədir. Dil ailələrinin təyin olunması, uzun elmi işlər nəticəsində mümkün olmuşdur.
Dil ailələri ağac sxemi olaraq göstərildikləri üçün özlərinə dil ağacı da deyilir. Bu səbəbdən dil ailəsinin alt hissələrinə dil qolları deyilir. Bəzi dillər heç bir qola bağlı deyildirlər və buna görə onlara mücərrədlənmiş dillər deyilir. Məsələn, Yunan dili Hind Avropa Dil Ailəsinə mənsub mücərrədlənmiş bir dildir.
Köklərinə görə təməl dil ailələri bunlardır:
Hind-Avropa dilləri
Avropa qolu German qrupu: ingilis, alman, holland, afrikaans, isveç, norveç, dan, island, idiş. Roman qrupu: fransız, ispan, italyan, portuqal, rumın, katalon, provansal, sefard, katalon, qalisiya scilian, romanş və sIntroduction to human geography, Steven Graves, California State University, Northridge, Last updated: April 20, 2020; Slavyan qrupu: rus, ukrayna, belorus, serb, xorvat, bosniya, bolqar, makedon, sloven, slovak, çex polyak. Baltik qrupu: Pruss (ölü dildir), litva dili, latış dili. Kelt qrupu: breton, qall, irland, şotland, kernevek (İngiltərənin Kornuoll bölgəsində), vall, men. Yunan qrupu: Alban qrupu: Hind-İran dilləri: Hind, Benqal, Pəncab, Fars
Hami-Sami dilləri ailəsi
Sami dilləri Ərəb, ivrit, arami, süryani və Tunis dilləri, Həbəş–zənci dilləri və ölü dil sayılan akkad dili.
Misir dilləri Qədim Misir dili, qibti dili.
Liviya və Bərbər dilləri Liviya dili, Bərbər dili
Çin-Tibet dilləri Çin, Tibet və Birma dilləri.
Bantu dilləri Orta və Cənubi Afrikada danışılan Bantu dilləri.
Qafqaz dilləri 1. Abxaz-Adıq qrupu
Qafqaz dillərinin şimal-qərb qrupu. Buraya abxaz, abaza, ubıx, adıge və kabardin-çərkəz dilləri daxildir.
2. Kartveli qrupu
Şimali kartvel qrupu-svan dili, zan qrupu-meqrel və laz dilləri və cənubi kartvel qrupu-gürcü dili. Gürcü dili onlarla ləhcəyə və yüzlərlə şivəyə sahibdir. Zan qrupu bəzən bir dil, lazca və meqrelcə isə onun ləhçələri hesab edilirlər. Şimali kartvel qrupunu təşkil edən svan dili özlüyündə dörd ləhcəni ehtiva edir: yuxarıbal, aşağıbal, laşx və lentex ləhcələri hazırkı Gürcüstan Respublikasının şimalında dağlıq bölgədə dar ərazidə İnqura və Tsxenis-Tsxali yüksəklikləri arasında yayılmışdır, bütün ləhcələri bir-birindən xeyli ölçüdə fərqlənir.
3. Nax-Dağıstan qrupu
Nax qolu Vaynax klasteri Çeçen dili Qalançoj şivəsi İnquş dili Batsb dili Avar-əndi-tsez qolu Avar-əndi alt qolu Avar dili Əndi qrupu Əndi dili Axax dili Qarati dili Botlix dili Qodoberi dili Bağvalal dili Tindi dili Çamalal dili Tsez (Dido) alt qolu Qərbi tsez qrupu Tsez dili Xvarşi dili İnxokvari dili Hinux dili Şərqi tsez qrupu Bejta dili Hunzib dili Lak dili Dargi qolu Şimali dargi qrupu Şimal-qərbi alt qrupu Aquşa dili, o cümlədən ədəbi dargi dili Muhi dili Tsudaxar dili Qapşıma-Butrı dili Huraxi dili Mureqa-Qubden dili Qadar dili Muira dili Megeb qrupu Megeb dili Cənub-şərqi dargi qrupu Sirxi dili Amux-Xuduts dili Kunki dili Sanji-İtsari dili Çıraq qrupu Çıraq dili Qaytaq qrupu Yuxarı qaytaq dili Aşağı qaytaq dili Köbəçi-Aştı qrupu Köbəçi dili Aştı dili Ləzgi qolu Şərqi ləzgi qolu Ləzgi dili Tabasaran dili Ağul dili Qərbi ləzgi qolu Rutul dili Saxur dili Cənub ləzgi qolu Buduq dili Qiriz dili Xinaliq dili Arçi dili Haput dili Udi dili Ağvan dili (ölü) Elik Yerguc Cek kendlerin dilleri
Ural-Altay dilləri
Ural dilləri Fin–uqor qolu: Fin, lapland, macar, uqor. Samoyet qolu: Samoyet dilləri.
Altay dilləri Türk dilləri ailəsi, monqol, mancur, tunquz, koreya və yapon.
İstinadlar
Həmçinin bax Lüğət Etimoloji sözlük
Xarici keçidlər Unilang
*