300px|thumb|Baş Qafqaz silsiləsi Baş Qafqaz silsiləsi, yaxud Baş Suayırıcı silsilə — Böyük Qafqaz dağlarının əsas suayırıcı silsiləsi. Azərbaycanın ən hündür nöqtəsi — 4466 metrlikdəki Bazardüzü zirvəsi burada yerləşir.

Qafqaz bərzəxində ən hündür sıra dağlardır. Şimal-qərbdən cənub-şərqə doğru 1100 kilometr məsafədə uzanır. Adındakı "baş" sözü "böyük" mənasını ifadə edir.

Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Gürcüstan Respublikası və Rusiyanın Dağıstan MR ilə sərhəddəki 3385 m yüksəklikdəki Tinov-Rosso zirvəsindən başlayaraq Azərbaycan Respublikasının ərazisindən cənub-şərq istiqamətində uzanırhttps://az.strategiya.az - Baş Qafqazın filiz perspektivliyi. İstifadə tarixi: 8 fevral 2026.. Silsilənin Tinov-Rosso və Bazardüzü zirvələri arasındakı hissəsinin şimal yamacı Rusiyanın Dağıstan ərazisinə düşür, yalnız cənub yamacı və Bazardüzü zirvəsindən cənubdakı hissəsinin hər iki yamacı Azərbaycan ərazisinə daxildirhttps://azerbaijan.az - OROQRAFİYA VƏ YÜKSƏKLİK QURŞAQLARI. İstifadə tarixi: 8 fevral 2026.. Baş Qafqaz silsiləsinin Suayrıcı silsiləsi adlanan hissəsi heç bir yerdə çay dərələri ilə kəsilmir.

Ən uca zirvələri

Bazardüzü (4466 m) Tufandağ (4191 m) Bazaryurd (4126 m) Babadağ (3629 m)

Filiz ehtiyatları

Məskunlaşma

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Böyük Qafqaz Kateqoriya:Dağ silsilələri Kateqoriya:Azərbaycan sıradağları Kateqoriya:Rusiya sıradağları Kateqoriya:Gürcüstan sıradağları