Qırmızı dəniz ( Bahr el-Ahmar, Yam Suf, ) — Hind Okeanında Ərəbistan yarımadası ilə Afrika qitəsi arasındakı tektonik çökəklikdə yerləşən daxili dəniz. Qədim adı Ərəb körfəzidir.

Qırmızı dəniz isti və duzlu dənizlərdən biridir. Dəniz qərbdən Misir (Sinay yarımadası), cənub-qərbdən Sudan və Eritreya, şərqdən isə Səudiyyə Ərəbistanı və Yəmən ilə həmsərhəddir.

İstinadlar

Kateqoriya:Hind okeanın dənizləri Kateqoriya:Afrika dənizləri Kateqoriya:Böyük Rift Dərəsi Kateqoriya:Asiya coğrafiyası