thumb|Pomidor kababı Pomidor kababı — kabab kimi bişirilmiş pomidor. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir. Həzm prosesinin sürətlənməsinə təsir göstərir.
Hazırlanması Bunun üçün bərk və yetişmiş pomidorlar seçilir. Yuyulur, yan tərəfdən şişə taxılır və manqalda qızardılır. Qızardılma zamanı şişdəki pomidorlara duzlu su çilənir.
İstifadə Süfrəyə verilən zaman üstünə duz, göyərti səpilir.
Mənbə Azərbaycan Kulinariyası Ensiklopediyası, səh. 121
Həmçinin bax Pomidor şorbası Kabablar
Kateqoriya:Azərbaycan kababları Kateqoriya:Türkiyə kababları Kateqoriya:Tərəvəz kababları Kateqoriya:Pomidor məhsulları