Belə lazımdır qısametrajlı bədii filmi rejissor Vaqif Mustafayev tərəfindən 1982-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Adamlar üçün həyatın cansıxıcı olan adi günlərinin birində filmin qəhrəmanları vəziyyətdən çıxış yolu axtarıb tapırlar. Bu necə olur? Film məhz bu barədədir. Əsas rolları Səməndər Rzayev, Səyavuş Aslan, Şükufə Yusupova və Hacı İsmayılov ifa edirlər. 1984-cü ildə Moskvada gənc kinematoqrafçıların IV Ümumittifaq kinofestivalında ən yaxşı rejissor işinə görə film Priz və Diploma layiq görülmüşdür.
Məzmun Adamlar üçün həyatın cansıxıcı olan adi günlərinin birində filmin qəhrəmanları vəziyyətdən çıxış yolu axtarıb tapırlar. Bu necə olur? Film məhz bu barədədir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 115-116
Festivallar və mükafatlar 1983-cü ildə Kiyevdə "Gənclik-83" Ümumittifaq festivalında müasir mövzunun ən yaxşı təcəssümünə görə film Prizə layiq görülmüşdür. 1984-cü ildə Moskvada gənc kinematoqrafçıların IV Ümumittifaq kinofestivalında ən yaxşı rejissor işinə görə film Priz və Diploma layiq görülmüşdür. 1982-ci ildə ali ssenari və rejissorluq kurslarında filmin ssenarisi ilin ən yaxşı ssenarisi adlandırılmışdır.("XXI Əsrin Kinematoqrafçıları" kitabından)
Filmin üzərində işləyənlər Ssenari müəllifi: Vaqif Mustafayev Rejissor: Vaqif Mustafayev Operator: Ələsgər Ələkbərov
Rollarda Səməndər Rzayev Səyavuş Aslan Şükufə Yusupova Hacı İsmayılov
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1982-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1982-ci ilin filmləri Kateqoriya:1982-ci ilin Azərbaycan filmləri