Brügge FK — Belçikanın futbol klubu. 1891-ci ildə yaradılmışdır.

"Brügge"nin rəngləri qara-mavi olduğundan azarkeşlər komandalarını məhz bu adla çağırır. "Brügge" evdə qara-mavi, səfər oyunlarında isə ağ forma ilə meydana çıxır. Ev oyunlarının keçirildiyi "Yan Breydel" stadionu təxminən 30 min azarkeş tutumuna malikdir.

Komanda 13 dəfə ölkə çempionluğu qazanıb. "Brügge" ilk çempionluğuna 1919–1920-ci illər mövsümündə yiyələnib. Növbəti illərdə daha 12 dəfə (1972–73, 1975–76, 1976–77, 1977–78, 1979–80, 1987–88, 1989–90, 1991–92, 1995–96, 1997–98, 2002–03, 2004–05) çempion olan "Brügge" Belçikanın köklü klublarından sayılır.

Tarixi ərzində 10 dəfə ölkə kubokunu qazanan (1967–68, 1969–70, 1976–77, 1985–86, 1990–91, 1994–95, 1995–96, 2001–02, 2003–04, 2006–07) komanda Avropa səhnəsində də uğurlu çıxışları ilə diqqət çəkib. "Brügge" 1977–78-ci illərdə Çempionlar Liqasının, 1975–76-cı illərdə isə UEFA kuboku, indiki Avroliqanın finalçısı olub. Lakin finallarda məğlub olaraq turniri ikinci yerdə başa vurub.

Heyəti

8px|Injured

Mənbə "Qarabağ"ın rəqibi kimdir?-Tanıtım

Kateqoriya:Belçika futbol klubları Kateqoriya:1891-ci ildə yarananlar