Sibir yupikləri və ya Yuitlər (öz dilində olan adı: Alyaskada (Yupiget); Rusiyada (Юпигыт)) — Sibirdə Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində və Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının Müqqədəs Lourens adasınnda yaşayan Yupik qoluna aid eskimos xalqıdır.
Müqqədəs Lourens adasındakı Sibir yupikləri, Alyaskada qohumluq baxımından inyupiklərə ən yaxın xalqdır. Rusiyadakı Sibir yupikləri, çukçaların mədəni assimilyasiyasına məruz qalmış, onların mədəniyyətini mənimsəmişdir. Uzun müddət çukçalarla bir ərazidə yaşamaları Sibir yupiklərinin çukçalaşmasına səbəb olmuşdur. Sahil boyu ərazilərdə yaşayan çukçaların da çukçalaşmış yupik olduqları güman edilir. Yupiklərin böyük bir qismi özlərini çukçalarlarla eyniləşdirilməsinə qarşıdır. Ancaq sibir yupikləri və çukçalar arasında tək fərq dillərinin ayrı-ayrı olmasıdır. Qalan bütün mərasim və mədəniyyətləri isə eynidir.
Sibir yupiklərinin sayı 2000 nəfərdən çoxdur. 1980 və 1992-ci illərdə aparılan siyahıya alınmaya əsasən, sibir yupiklərinin 95%-nin sibir yupikcəsində danışdığı məlum olmuşdur. Lakin hhazırda bu nisbət daha aşağıdır. Sibir yupiklərinin ənənəvi inancı animizm və şamanizm olsa da 1887-ci ildən etibarən Xristianlıq da zorla yayılmışdır. Sibir yupiklərinin əsasən ovçuluq və yığıcılıqla məşğul olurlar.Fil dişindən hazırlanan müxtəlif əşyalar isə baha qiymətə satılır.
Amerika Birləşmiş Ştatları Konqresində 1971-ci ilin 18 dekabr tarixində (ANCSA) adlı qanun qəbul edildi. Bu qanunda Alyaskada yaşayan azsaylı xalqların maraqlarının təmin edilməsi və onların vergidən böyük ölcüdə azad edilməsi nəzərdə tutulurdu. Bununla da Alyaskada yaşayan etnosların sosial vəziyyəti xeyli yaxşılaşmışdır. Sibir yupiklərinində (ANCSA) adlı qanun qəbul edilməsi onlarında durumunun yaxşılaşmasına səbəb olmuşdur. Sovet Sosialist Respublikaları İttifaqı dövründə, Sibirdə yaşayan xalqlara heç bir üstünlük verilməmişdir. Bu gündə Rusiyanın şimalında olan etnoslar kütləvi işsizlik, alkoqolizm kimi problemlərdən əziyyət çəkirlər.
Etimologiyası
Sibir yupikləri Rusiyada Yuit adı ilə tanınır (), bu ad 1931-ci ildən etibarən Sibir yupiklərinin rəsmi adıdır. Yupik dillərində yuit sözü 'insanlar' mənasını verir.
Rusiyada eskimoslar arasında Sibir yupikcəsi az hallarda danışılır. İngilis dilində Sibir yupiklərinin adlandırılması bir az fərqlidir. Rusiyada yaşayan Sibir yupiklərinə Mərkəzi Sibir Yupikləri, Alyaskada yaşayanlara isə Şimali Alyaska Yupikləri deyilir.
Tarix thumb|left|200px|1881-ci ildə çəkilən şəkildə, Yupik qadınlar təsvir edilmişdir. Sibir yupikləri və ərazidə yaşayan digər xalqların nəsilləri, qədim zamanlardan Altay dağları ətrafında yaşayırdılar. Bu ərazilər yaşamaq üçün əlverişli deyildi. Bir müddət sonra Sibir yupikləri Şimal-Şərqi Sibirə irəlilədilər.Türkkan, Reha Oğuz. Türkler ve Kızılderililer, sf. 200-300 Aparılan Arxeoloji qazıntılar zamanı, əsası Rusiyada olan Eskimosların Alyaskaya necə gəlmələri məlum olmuşdur. Eskimoslar 10.000 il əvvəl, buzlaşma zamanı Berinq boğazını keçmişlər.Həmin dövrlərdə Berinq boğazı buzlarla əhatəli idi. Kamçatkadan Alyaskaya qədər olan 250–300 km yol, piyada qət etməkdən başqa yol yox idi. Böyük ehtimalla Kamçatkadan iki böyük qrup yola düşmüşdür. Bunlar Eskimos və Aleut qruplarıdır. Hər bir qrupda 4 və ya 5 min nəfərin olması güman edilir. Eskimos və Aleutların dəniz heyvanlarını ovlama texnikası, ilk vaxtlar eyni olmuşdur. Hətta bu gün 40 yaxın dilin istifadə edildiyi Alyaskada,Eskimos və Aleutların eyni dili danışdığı məlum olmuşdur. Bir neçə əsr boyunca bu iki xalq arasında olan oxşarlıqlar hissə-hissə aradan qalxmaqa başladı. Bu gün hər iki xalqın dili, mədəniyyəti, mərasimləri bir-birindən köklü şəkildə fərqlənir.
Yupiklərin qədim nəsilləri böyük bir ehtimalla Sibirin Berinq boğazı və Arktika okeanı sahillərində böyük bir sahədə yaşayırdılar. Bu ərazi Eskimosların yaşadığı torpaqlardan təxminən 25–30 km kənarda yerləşirdi. Bu məsafə həmin zaman üçün çox böyük hesab olunurdu. Qış aylarında Eskimos və Yupiklər arasında əlaqə tamam kəsilirdi. Bəzən bu iki etnosun nümayəndələri 6 aya yaxın müddət ərzində bir-biriləri ilə görüşə bilmirdilər. Bütün bunlar elə də uzaqda yaşamayan iki etnosun həm dil həm də mədəniyyət baxımından fərqliliklərin yaranmasına səbəb olmuşdur.
Sibir sahillərində yaşayan Sibir Yupikləri, 1950-ci ilə qədər 15 yaxın kənddə yaşayırdılar. 1958-ci ildə bu kəndlərin sakinləri, Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən vahid bir əraziyə toplanması prosesi başlamışdır. Ərazidə olan yupiklər buna etiraz etsələrdə, qərar dəyişməmişdir.
Alyaskada Müqqədəs Lourens adası 2.000 il müddətində müxtəlif vaxtlarda az sayda insanların yaşadığı ada idi. XVIII və XIX əsrlərdə adda 4000 dən çox insan 35 kənddə yaşayırdı. Avropalıların Alyaskaya ekspeditsiyaları burada yaşayan bir çox xalqlar kimi Sibir yupiklərinində yaşayış və gündəlik həyatlarında böyük dəyişliklərin yaranmasına səbəb olmuşdur. Ada general Vene C. Gambell şərəfinə Müqqədəs lourens adlandırılmışdır.1878 və 1880-cı illər arasındakı qıtlıq ada əhalisinin böyük bir hissəsinin ölümünə səbəb olmuşdur. Qıtlığın əsas səbəbi kimi həmin dövrə qədər görünməmiş şaxta (-46) və adada yaşayan yerlilərə ərzaq gətirən gəminin batması göstərilir. Yerlilər belə bir vəziyyətlə qarşılaşacaqlarını gözləmirdilər. Nəticədə 1000 və ya 1500 nəfər ölmüşdür.Handbook of North American Indians Bu dövrdə kütəvi ölümlərin səbəbi kimi epidemiya xəstəlikləridə göstərilir. Bir çox qrip xəstəliklərinə qarşı Eskimos və digər xalqlar heç bir əlac tapa bilmirdilər. Adi qrip epidemiyaları ölümə səbəb olurdu. 1890-cı ildən etibarən ağır olan durum yaxşılaşmışdır.Marc-Antoine Mahieu, Nicole Tersis, Variations on polysynthesis: the Eskaleut languages 1900-ci ildə Amerika Birləşmiş Ştatları Alyaskada yaşayan xalqların sosial vəziyyətinin yaxşılaşdırılması üçün kütləvi formada şimal maralı fermaları yaradıldı. 1903-cü ildə ABŞ prezidenti Teodor Ruzvelt Alyaskaya səfəri zamanı şimal maralı fermalarında olmuşdur. 1930-cu ildə ada da yaşayan yerli əhali Savoonga adlı yeni salınmış şəhərə köçürüldülər.Şəhərə şəhər statusu və poçt indeksi 1963-ci ildə verilmişdir.
Əhali
1958-ci ildə 645 nəfərlik əhalidən 345 nəfəri Gambell, 300 isə Savoonga qəsəbələrində yaşayırdı.
2000-ci ildə aparılan siyahıya alınmaya görə Gambell şəhərindədə 159 ev və 121 ailə yaşayırdı.Bunlardan 95% yerlilər təşgil edirdi.Savoongada isə 145 ev və 113 ailə vardı.
Alyaskada 1980 və 1992-ci illərdə, Eskimo-Aleut dillərində danışa bilən əhali sayı:Panu Hallamaa (1997), Unangam Tunuu and Sugtestun: A Struggle for Continued Life ,
ilxalqetnik sayıana dilində danışa bilənlərin sayı%danışa bilənlərin orta yaş həddi1980Sibir yupikləri1.1001.05095Orta nəslin hamısı və uşaqların çoxu Alyaska yupikləri17.00014.00080Orta nəslin hamısı və uşaqların kiçik bir qismiİnyupiklər12.0005.00040Orta nəslin çoxu və uşaqların bir qismiSupiklər3.0001.00033Orta nəslin çoxu və uşaqların bir qismiAleutlar2.20070035Orta nəslin çoxu və uşaqların bir qismi1992Sibir yupikləri1.1001.05095Orta nəslin hamısı və uşaqların çoxu Alyaska yupikləri18.00012.00067Orta nəslin hamısı və uşaqların kiçik bir qismiİnyupiklər13.0004.00031Orta nəslin çoxu və uşaqların bir qismiSupiklər 3.10060019Orta nəslin çoxu və uşaqların bir qismiAleutlar2.10040019Orta nəslin çoxu və uşaqların bir qismi
Dil və təhsil
Dialektləri: Ungazik dialekti – Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsində Ungazik (Посёлок Унгазик) kəndində olan yupiklər tərəfindən danışılar. Avan dialekti – Rusiyada Avan (Посёлок Аван) kəndində olan yupiklər tərəfindən danışılar. İmtuk dialekti – Rusiyada İmtuk (Посёлок Имтук) kəndində olan yupiklər tərəfindən danışılar. Sivuqaq dialekti – Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının Müqqədəs Lourens adasında danışılar. Adada bu dildə danışan qəbilələr bunlardır: Sivuqarmiit, Pauvuilagmiit, Kukuligmiit, Sikuuvugmiit, Kialigagmiit.
Sibir yupikcəsi, müasir zamanda əvvəl ki, formada olduğu kimi geniş kütlə tərəfindən istifadə edilmir. Gənclərin çoxu öz dillərini bilmir və ya öyrənməyə maraq göstərmirlər. Bütün bu səbəblərə görə Sibir yupikcəsi təhlükə altında olan dillərdən hesab olunur. Alimlər hesab edirlər ki, əgər bütün proses bu cür inkişaf etsə, yaxın 30 il ərzində Sibir yupikcəsi Ölü dillər sırasına qatılacaqThe Endangered Language Fund Newsletter, Volume Six, Number Two, October 2002 Müqqədəs Lourens adasında yaşayan 1.400 nəfərdən 1000 nəfəri Sibir yupikcəsini danışa bilir. Bu say ildən ilə azalmaq üzrədir. Rusiyada isə 900 nəfər Sibir yupikindən 300 nəfəri Sibir yupikcəsini danışa bilir. Sibir yupiklərinin ana dilli olan Sibir yupikcəsini danışanların sayı durmadan azalır. Bunun bir sıra önəmli səbəbləri vardır. Gənc və ya yeniyetmə yupiklər öz dillərini öyrənməkdənsə ingilis dilini öyrənməyi üstün tuturlar. Rusiyada olan məktəblərdə bu dil tədris olunmur. Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında isə axşam məktəblərində az sayda uşaqlara ümumi danışıq öyrədilir. Bütün bu proseslər dilin ölməsinə səbəb olur.
Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında Müqqədəs Lourens adasında yaşayan Sibir Yupikləri uzun illər ingilis dilində danışmağa məcbur edilmişdilər. Adada bütün rəsmi sənədləşmələr ingilis dilində, aparılırdı. ABŞ Konqresinin 1971-ci il 18 dekabr tarixli Alyaska Yerlilərinin Tələblər toplusu qanunu qüvvəyə minmişdir. İngilis dilində qanun ANCSA adlanırdı. Qanun adada yaşayan yerli xalqın öz dilindən sərbəst şəkildə istifadə etmək hüququnu təsdiqləmişdir. 1970-ci illərin əvvəllərində Yupik dilinin, latın qrafikalı əlifbası yaradılmışdı.Bununla Yupikcə olan nəşrlər artmış və adadakı iki məktəbdə öyrədilməsinə başlanmışdır.
1987 və 1988-ci illərdə Alyaska məktəb bölgələrində Sibir yupikcəsini öyrənən şagird sayı:
məktəb bölgəsiCəmi şagird sayıAnadilində danışa bilən uşaqlarAnkoriç2-Bering Sreyl239227Nome qəsəbəsi2710Cəmi 268237
1980 və 1992-ci ildə aparılan əhali sayımına görə, Alyaskada 1100 nəfər Sibir yupik etnosuna aid şəxs yaşayır. Bunlardan 1050 nəfəri Sibir yupikcəsi danışa bilir. Ancaq gündəlik həyatda daha çox ingilis dilindən istifadə edilir.
Rusiyada Naukan yupikləri və Sirenik yupikləri sayı 1700 nəfərdir. Bunlardan 800 nəfəri ana dillərində danışa bilir. Naukan yupiklərinin Sibir yupikləri ilə bəzi ortaq tərəfləri olsa da, bu iki etnosu qohum etnos hesab edilmir. Rusiyada yaşayan eskimo xalqları daha çox Rusca danışır. Rusiya Federasiyasının Sibirdə yaşayan eskimos xalqları barəsinə 2002-ci ildə aparılan araşdırmaya, görə 1.750 nəfər Rusiya vətandaşı gündəlik həyatında ana dillərindən istifadə edirlər. 1920-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən Sibir yupikcəsi Kiril əlifbasına uyğunlaşdırılmışdır. Qrammatik baxımdan 5 yeni hərf əlavə edildi.( ӷ , ӄ , ӈ , ў , ӽ ).
Din
Şamanizm və Animizm thumb|280px|left|Sibir yupikləri ov zamanı.