Vaja Pşavela () — Gürcüstan yazıçısı.

Həyatı Vaja Pşavela- əsl adı Luka Raziqaşvili 1861-ci il, 14 iyulda Karqali kəndində anadan olub. Vaja Telavidə ruhani məktəbində oxuyub. 1877–79-cu illərdə Tiflisin iki sinifdən ibarət olan mülki təhsil ocağında oxuyub. Sonra isə 1882-ci ildə Qori müəllimlər seminariyasını bitirib.

Bir müddə kənd məktəbində müəllim işləyib. 1883–84-cü illərdə Peterburq universitetinin hüquq fakültəsində dinləyici olub. Çox qısa müddət sonra kasıblıq ucbatından təhsilini yarımçıq qoyub geri vətənə qayıdıb. 1888-ci ildə o, adi kəndli həyatı yaşayıb. Onun ilk əsəri 1879-cu ildə "Droeba" qəzetində çap olunmuşdur.

Vaja Pşavela 1915-ci il, 27 iyul da Tiflisdə vəfat edib. Tbilisidə yerləşən köhnə müsəlman qəbiristanlığında (hazırda Botanika bağının ərazisi) dəfn edilib. Sonra (1935-ci ildə) onun cənazəsi Mtacminda pantionuna köçürülmüşdür.

İstinadlar

Kateqoriya:Gürcü yazıçılar Kateqoriya:Gürcüstan yazıçıları Kateqoriya:Gürcü şairlər Kateqoriya:Gürcüstan şairləri Kateqoriya:Tbilisidə vəfat edənlər Kateqoriya:Ağciyər xəstəliklərindən vəfat edənlər Kateqoriya:Gürcüstan dramaturqları Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:Gürcüstan zadəganlığı