Sona xanım İsgəndər bəy qızı Axundov () — Azərbaycan şairəsi.
İsgəndər bəy Axundovın qızı, Əbülfəz Qarayevin həyat yoldaşı və Qara ilə Mürsəl Qarayevlərin anası.
Həyatı Sona xanım 1898-ci ildə Bakı şəhərində dünyaya gəlib. On üç yaşında ikən valideynləri onu Bakı Şəhər Bələdiyyə İdarəsi yanında qız məktəbinə qoyurlar. Bu məktəbi bitirib "Müqəddəs Nina" məktəbinin Bakı bölməsində təhsilini davam etdirir. Daha sonra fortepiano ifaçılığı üzrə musiqi təhsili də alır.
Sonra Rusiyada ali təhsil alıb Bakıya dönən tanınmış həkim Əbülfəz Qarayevlə ailə qurur. Lakin bundan sonra bədii yaradıcılıqla məşğul olmayıb. Həyatını ailə qayğılarına həsr edib. Dünya şöhrətli bəstəkar Qara Qarayev, görkəmli həkim və cərrah Mürsəl Qarayev kimi övladlar böyüdüb. Ondan soruşulanda ki, nə üçün yaradıcılıqla məşğul olmursunuz? O deyərmiş: "Xalq üçün, cəmiyyət üçün faydalı övladlar böyütmək yaradıcılıq deyilmi!"
2018-ci il sentyabrın 16-da Azərbaycan Yazıçılar Birliyi Sona xanım Axundova‑Garayevaya həsr olunmuş “A Memorial Book” (Azərbaycanca, ingiliscə, rusca) kitabını Qara Qarayevin ev-muzeyində təqdim edib
Cəmiyyət üçün, xalq üçün görüləcək hər bir işi yaradıcılıq hesab edən Sona xanım Axundova 1971-ci ildə vəfat edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan maarifçi qadınları Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:XX əsr Azərbaycan qadınları Kateqoriya:Bakı yazıçıları Kateqoriya:Axundovlar (Şamaxı)