Məzmun Cizgi filmində balaca quzunun başına gələn hadisələrdən danışılır.

Quzu çox çətin məsələ həll edirdi. O, fikirləşə-fikirləşə gəlib canavarın pəncəsinə keçir. Canavar özünü itirməyib onu yemək istəyir. Lakin quzu şərt kəsir: əgər məsələni həll edə bilsən, buyur, ye məni.

Bu əhvalat necə qurtarır? Bu çətin məsələni düzgün həlli nədən ibarətdir? Multfilm bu suallara ətraflı cavab verir.

Film haqqında Film 2008-ci ildə bərpa edilərək DVD formatında tamaşaçılara təqdim edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Rafiq Səməndər Kinorejissor: Əsgər Məmmədov Quruluşçu rəssam: Məhəmməd Orucov Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Marat İsgəndərov Cizgi rəssamı: Arifə Hatəmi, Vahid Talıbov, Solmaz Hüseynova, Vaqif Məmmədov Montaj: Lidiya Vyalsova Musiqi tərtibatı: Q.Əliyeva Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Faiq Abdullayev

Filmi səsləndirən Pərviz Bağırov — çoban (titrlərdə yoxdur)

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 317.

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1988-ci ilin Azərbaycan filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:Heyvanlar haqqında cizgi filmləri