Jan Reno (; ) — ispan əsilli Fransa aktyoru.
Həyatı İspan mənşəli fransız aktyoru Jan Reno 30 iyul 1948-ci ildə Kasablankada anadan olmuşdur. O zaman onun adı Xuan Moreno idi. 1960-cı ildə Moreno ailəsi Avropaya qayıdır. Onlar general Frankonun idarə üsuludan xilas olmaq üçün Andalusiyadan Mərakeşə qaçmış və Fransaya köçmüşdülər. Jan Reno vətəndaşlıq əldə etmək üçün fransız ordusunda xidmət etməli olmuşdur. 1970-ci ildə o, Rene Simonun studiyasında aktyor sənətini öyrənmişdir. O, debütünü 1974-cü ildə televiziyada etmiş, sonradan teatrda işləmiş, 1978-ci ildə isə rejissor Raul Ruisin "Oğurlanmış şəklin fərziyyəsi" filmində çəkilmişdir. Jan Renonun kino karyerası o qədər də uğurlu olmur. Bu, 26 yaşlı rejissor Lük Bessonla görüşə qədər belə olur. Bu tanışlıq nəticəsində Besson 1983-cü ildən başlayaraq bir çox filmlərində Jan Renonu çəkir. "Tunel" filmi təkcə gənc Bessona şöhrət gətirmədi, həm də Jan Renonun ciddi aktyorluq fəaliyyətinin başlanğıcı oldu.
Lük Bessonun "Mavi dərinlik", "Nikita" və xüsusilə "Leon" filmlərindən sonra Jan Reno, bir aktyor kimi həm də Hollivudun diqqətini cəlb etdi. Aktyorun Hollivuddakı ən məşhur rolları "Qodzilla", "Ronin", "Da Vinçi şifrəsi" filmlərində olmuşdur. Onun "Matrisa" filmindəki agent Smit rolundan imtina etməsinin səbəbi "Qodzilla" filmində çəkilməyi idi.
Şəxsi həyatı Jan Renonun həmişə qadınlar arasında xüsusi müvəffəqiyyəti var idi. O, 3 dəfə evli olmuşdur. Birinci nikahdan onun Sandra adlı qızı (1978) və Mikael adlı oğlu (1980) var.
Onlar Renonun polyak modeli Nataliya Dışkeviçlə macərası başlayanda boşandılar. Aktyorun Nataliya ilə nikahından oğlu Tom (1996) və qızı Serena (1998) dünyaya gəlmişdir. İkinci nikah 2001-ci ildə dağıldı.
2006-cı ilin iyulunda Jan rumın modeli və aktrisası Sofiya Borukla evlənir. Bu toyda aktyorun sağdışı, onun qonşusu və dostu Nikolya Sarkozi olmuşdu. O vaxt Sarkozi Fransanın daxili işlər naziri idi.
Jan Renonun 3 böyük evi var: Paris, Los-Anceles və Malayziyada.
Filmoqrafiya Oğurlanmış şəklin fərziyyəsi (1979) — L’Hypothèse du tableau volé İşıqlı qadın (1979) — Clair de femme Vunderkind istəyirsiniz? (1980) — Voulez-vous un bébé Nobel? Böyük manevrlər (1981) — Les Bidasses aux grandes manœuvres Biz mələk deyilik, onlar da həmçinin (1981) — On n’est pas des anges… elles non plus Sonuncu döyüş (1983) — Le Dernier Combat Bizim əhvalat (1984) — Notre histoire Telefon həmişə iki dəfə zəng çalır (1985) — Le téléphone sonne toujours deux fois Tunel (1985) — Subway Qırmızı ərazi (1986) — Zone rouge Mən səni sevirəm (1986) — I Love You Mavi dərinlik (1988) — Le Grand Bleu Qızıl maskalı adam (1990) — L’Homme au masque d’or Nikita (1990) — Nikita Lulu Qraffiti (1991) — Loulou Graffiti "Konservləşdirilmiş ət" əməliyyatı (1991) — L’Opération Corned-Beef Gəlmələr (1993) — Les Visiteurs Leon (film, 1994) — Léon Fransız öpüşü (film, 1995) — French Kiss Qeyri-mümkün missiya (1996) — Mission: Impossible Yaquar (1996) — Le Jaguar Məzarda yer (1997) — Roseanna’s Grave Gəlmələr-2:Zaman dəhlizi (1998) — Les Couloirs du temps: Les visiteurs 2 Qodzilla (1998) — Godzilla Ronin (1998) — Ronin Gəlmələr Amerikada (2001) — Just Visiting Vasabi (2001) — Wasabi Rollerbol (2002) — Rollerball Sevgi əhvalatı (2002) — Décalage horaire Uğursuzlar (2003) — Tais-toi! "Ruanda" mehmanxanası (2004) — Hotel Rwanda Korsikalı (2004) — L’Enquête corse Canavarlar imperiyası (2005) — L’Empire des loups Pələng və qar (2005) — La Tigre e la neve Çəhrayı panter (2006) — The Pink Panther Da Vinçi şifrəsi (film, 2006) — The Da Vinci Code Çəhrayı panter 2 (film, 2009) — The Pink Panther 2 İnkassator (2009) — Armored Marqaret (2010) — Margaret Aleks Kross (2012) Vədə (2016)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fransa aktyorları Kateqoriya:Mərakeşdə doğulanlar Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni zabitləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları