"Binqo Bonqo" () — rejissor Paskuale Festa Kampanilenin filmi.
Məzmun Tədqiqatçılar vəhşi Afrika cəngəlliklərindən meymun tərbiyəli və istənilən başqa heyvanla danışan insan tapırlar. Onu Binqo Bonqo adlandırıb İtaliyaya gətirirlər. Burada onun təlimi ilə gənc bioloq Laura məşğul olur. Laura Binqo Bonqonun etibar elədiyi yeganə insandır. Qızı bu işdən kənarlaşdırandan sonra Binqo qaçır və dərk edə bilmədiyi şəhərdə ardıcıl bir neçə komik hadisələrlə qarşı-qarşıya qalır.
Binqo Lauranı sevir və ümid edir ki, sevgisi qarşılıqlıdır. Lakin qız onu yaşı çox olan uşaq hesab edir. Binqo Bonqo və onun dostu – şimpanze bu şəhərdən Afrikaya qaçmağa cəhd edirlər. Onlar hava şarında, sonra da vannada yola çıxsalar da, bu səfərdən heç nə çıxmır.
Onda Binqo Bonqo elmi mərkəzə böyük bir heyvan dəstəsilə gəlir və insanlarla heyvanlar arasında anlaşmaq üçün öz xidmətini təklif edir. Heyvanlar Bonqo vasitəsilə insanlara qazıntıda kömək edir, zəlzələni əvvəlcədən xəbər verir.
Binqo Lauranın hörmətini qazanaraq onunla evlənir. Onlar təbiətlə harmoniya şəraitində yaşayırlar. Filmin sonunda Binqonun sayəsində hətta Kinq-Konq da sakitləşdirilir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifləri : Franko Ferrini, Franko Marotta, Enriko Oldoini Rejissor : Paskuale Festa Kampanile Operator : Alfio Kontini Bəstəkar : Pinuçço Pyerassoli Prodüserlər : Mario Çekki Qori, Vittorio Çekki Qori
Rollarda Adriano Çelentano – Binqo Bonqo Karol Buke – Laura Feliçe Andreazi Enso Robutti Valter D'Amore Roberto Marelli Alfio Patane Elizabet Kobben Maurisio Tabani Mario Barilla Qvido Spadea Andrea Montuşi Sol Borceze Raffaele Di Sipio
İstinadlar
Həmçinin bax İtaliya filmlərinin siyahısı Almaniya Federativ Respublikası filmlərinin siyahısı
Xarici keçid Filmi izlə (azərbaycan dilində)
Kateqoriya:İtaliya filmləri Kateqoriya:Almaniya filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Rəngli filmlər Kateqoriya:Paskuale Festa Kampanilenin filmləri Kateqoriya:1982-ci ilin filmləri Kateqoriya:İtalyanca filmlər Kateqoriya:Danışan heyvanlar haqqında filmlər Kateqoriya:İtaliyanın komediya filmləri Kateqoriya:Almaniyanın komediya filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Meymunlar haqqında filmlər Kateqoriya:1983-cü ilin filmləri