Seyidli məscidi — XVIII əsrdə Şuşanın Seyidli məhəlləsində tikilmiş məscid.
Haqqında Məscid paytaxt Bakıdan təxminən 350 km məsafədə yerləşir. Məscid Şuşa şəhərinin Telman və Qaryağdıoğlu küçələrinin kəsişməsində yerləşir. Məscid iki mərtəbəli formada tikilmişdir.
Seyidli məscidinin XVIII əsrdə tikildiyi ehtimal edilir. 30 illik erməni işğalı dövründə məscid xeyli ziyan görmüşdür.
Memarlıq üslubu Məscid Cıdır yolunun üstündəki Seyidli məhəlləsində yerləşir. Bu kiçik məhəllə məscidi də özünün indiki durumu ilə digər məscidlərdən demək olar ki, fərqlənmir və yerli yaşayış mülklərini xatırladır. Düzbucaqlı formaya malik məscidin ibadət salonu Mamay və ya Saatlı məscidləri kimi üçnefli bölgüyə malik deyil.
Məscidin qonşuluğunda Məşədi Qaranın evi adlı memarlıq abidəsi yerləşir. Yerli əhəmiyyətli abidələr siyahısında olan bu abidə də erməni işğalı dövründə xaraba qalmışdır.
İstinadlar
Xarici keçidlər məscidi
Kateqoriya:Şuşa abidələri Kateqoriya:Şuşa məscidləri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Azərbaycandakı şiə məscidləri Kateqoriya:XVII əsr məscidləri Kateqoriya:XVIII əsrdə tamamlanmış tikililər