Serqo Aleksandroviç Zakariadze (; ) — Sovet və gürcü aktyoru, SSRİ xalq artisti (1958)Серго Закариадзе в БСЭ .
Həyatı Serqo Zakariadze 1 iyul 1909-cu ildə Bakıda anadan olmuşdur.
Tbilisi Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1926-cı ildə yardımçı heyətin əməkdaşı kimi Rustaveli adına teatra daxil olur.
1928–1930-cu illərdə Kutaisidə K. A. Marcanişvilinin təşkil etdiyi teatrın aktyoru olur. 1930-cu ildə teatr kollektivi ilə birlikdə Tiflisə köçmüşdür. 1956-cı ildə isə o, yenə də Rustaveli adına teatra qayıdır.
1955–1960-cı illərdə Gürcüstan teatr institutunda səhnə danışığı mövzusunda pedaqoji iş aparmışdır.
Serqo Zakariadze yaradıcılığında öz fikirlərini inadla və cəsarətlə həyata keçirirdi. O, öz qəhrəmanlarının xarakter cizgilərini məharətlə tapırdı. Onun ifasında həm dramatik, həm xarakterik, həm də komik rollar gözəl alınırdı.
1966-cı ildə 7–8 çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Serqo Zakariadze 13 aprel 1971-ci ildə Tbilisidə vəfat etmişdir. Mtasminda dağında yerləşən gürcü mədəniyyət xadimlərinin panteonunda dəfn olunmuşdur.
Xatirəsi "Əsgər atası" filmində ifa etdiyi Georgi Maxaraşvili obrazına Gürcaani şəhərində abidə ucaldılıb.
Dənizdə Novorosiysk Dəniz Gəmiçiliyində qeydiyyata alınmış "Serqo Zakariadze" adlı gəmi üzür.
Filmoqrafiya Sonuncu səlibçilər (1935) Dariko (1936) Vətən (1939) Dostluq (1941) Georgi Saakadze (1942) Kutuzov (1943) Keto və Kote (1948) Albaniya Skanderbeqin böyük müharibəsi (1953) Sonuncu gün, birinci gün (1959) Dəniz yolu (1962) Paliastomi (1963) Əsgər atası (film, 1964) Keçmişlə görüş (1966) Tezliklə yaz gələcək (1967) Qəm yemə! (1969) Vaterloo (1970)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Gürcüstan aktyorları Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:Tbilisi Dövlət Universitetinin məzunları Kateqoriya:Gürcüstanın xalq artistləri Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:Gürcüstan SSR əməkdar artistləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Bədii qiraət sənətkarları