Yuxarı Girətağ və ya Yuxarı Kirətağ — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd.

Tarixi Yuxarı Kirətağ rayon mərkəzindən 13 km şimal-şərqdə, Oxçu çayının sol qollarından biri olan Kirətağ çayının sol sahilində yerləşir.

Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.134.

Kənddə 1886-cı ildə 537 nəfər, 1897-ci ildə 328 nəfər, 1904 - cü ildə 666 nəfər, 1914 - cü ildə 289 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.56-57, 134-135. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər.

Burada 1922-ci ildə 71 nəfər, 1926-cı ildə 223 nəfər, 1931-ci ildə 396 nəfər, 1939-cu ildə 139 nəfər, 1959-cu ildə 310 nəfər, 1979-cu ildə 120 nəfərHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986. s.868 azərbaycanlı yaşamışdır.

1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır.

Toponim qədim türk dilində "kənar, çöl, düzənlik" mənasında işlənən kır(kir - İ.Bayramova görə) sözü iləРадлов В.В. Опыт словарья тюркских наречий, т.II, ч.1, СПб, 1899. s.733 tağ (>dağ) sözününМурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.537 birləşməsindən əmələ gəlmişdir.

Toponim əvvəlindəki "yuxarı" sözü fərqləndirici əlamət bildirir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Mədəniyyəti

Coğrafiyası və iqlimi

Əhalisi 1988-ci ilə qədər azərbaycanlılar

Görkəmli şəxsiyyətləri Hafiz Baxış (Baxışov Hafiz Həbib oğlu) – Azərbaycan şairi (1932 - 1989).

İqtisadiyyatı Əkinçilik və heyvandalıq

İstinadlar

Kateqoriya:Qafan rayonunun kəndləri