Qocayev Alı İbrahim oğlu () — Samux Rayon İcra Hakimiyyətinin başçısı. (2012–2023)
Həyatı Alı Qocayev 27 iyul 1947-ci ildə Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. 1965-ci illlərdə Çaylı kənd orta məktəbini, 1974-cü ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun elektrik intiqalı və sənaye qurğularının avtomatlaşdırılması fakültəsinin axşam şöbəsini bitirmişdir.
Əmək fəaliyyətinə 1976-cı ildə Bakı Radio Zavodunda elektrik montyoru kimi başlamışdır. 1968–1992-ci illərdə "Bakı Su Kəməri" İdarəsində mühəndis-texniki heyətin tərkibində müxtəlif vəzifələrdə işləmiş, 1992–1997-ci illərdə isə idarə rəisi vəzifəsində fəaliyyətini davam etdirmişdir.
1997–2000-ci illərdə "Abşeron Regional Səhmdar Su" Cəmiyyətinin vitse-prezidenti, 2000–2004-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti Bakı Kanalizasiya İstehsalat Birliyinin baş direktoru, 2004–2005-ci illərdə isə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti, 2005–2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.A. İ. Qocayevin Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 6 aprel 2005-ci il tarixli 736 nömrəli Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilibA. İ. Qocayevin Samux rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2023-cü il tarixli Sərəncamı ilə Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir. Üç övladı, yeddi nəvəsi var. Azərbaycan Respublikasının Milli Məclisinin sabiq spikeri Oqtay Əsədov ilə qudadır.
İstinadlar
Xarici keçidlər İcra hakimiyyətinin başçısı
Kateqoriya:Binəqədi Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Samux Rayon İcra Hakimiyyətinin başçıları