Məzmun Filmdə sosial vəziyyəti çox ağır olan insanların mənəvi sarsıntılara məruz qalmalarından, onların mövcud şəraitdən çıxış yolu tapa bilməmələrindən bəhs olunur.

Film haqqında Film yazıçı Yusif Səmədoğlunun eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır. Bu film operator Şərif Şərifovun kurs işidir.

Uzun illər Azərbaycanda mövcud olmayan film Azərbaycan Dövlət Film Fondunun fəaliyyəti sayəsində şəxsi arxivdən əldə edilərək Fondun arxivinə daxil edilib. 2026-cı ildə Azərbaycan Dövlət Film Fondunda əsərin müəllifi, Xalq yazıçısı Yusif Səmədoğlunun 90 illik yubileyi keçirilərkən ilk dəfə olaraq, Azərbaycan dilində subtitrlərlə geniş ictimaiyyətə təqdim olunub.

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: Yusif Səmədoğlu Quruluşçu rejissor: Rauf Nağıyev Ssenari müəllifləri: Rauf Nağıyev, Şərif Şərifov Quruluşçu operator: Şərif Şərifov Quruluşçu rəssamlar: Mais Ağabəyov, M.İbrahimov Səs operatorları: Kamal Seyidov, Ələkbər Həsənzadə

Rollarda Sadıq Hüseynov — Sadıq Nadir Əsgərov — Cümşüd S. Dzuseva — müştəri Yusif Yulduz — evlər müdiri Süleyman Ələsgərov — müştərinin əri Eldəniz Zeynalov — zərgər Abbas

İstinadlar

Kateqoriya:1970-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:Fotoqraflar haqqında filmlər