Xədicə Bahəddin qızı Qazıyeva () — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964).
Həyatı Xədicə Bahəddin qızı Qazıyeva 1909-cu il fevralın 15-də Kazan şəhərində dünyaya göz açıb. Orta təhsilini bu şəhərdə almışdır. 1926-cı ildə Xədicə xanımı Naxçıvana işləməyə göndərirlər. Aktrisanın ilk rolu "Qaçaq Kərəm" pyesində Sirab obrazı olub. Sonra Cəfər Cabbarlının "Sevil" pyesində Edilya obrazını, Hüseyn Cavidin "Şeyx Sənan" faciəsində Xumarı oynadı.
O, 200-dən çox obrazla qarşılaşmışdır.
Xədicə Qazıyeva 1991-ci il iyunun 7-də vəfat edib.
Xədicə Qazıyevanın qızı, Azərbaycan SSR xalq artisti Sofiya Hüseynova (1926–2015), nəvələri — xalq artistləri Rafael Dadaşov (1946–2020) və Rövşən Hüseynov da (1954) həyat yollarını sənətə bağlayıblar.
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 14 oktyabr 1964
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri