Nikolay Alekseyeviç Ostrovski (, 29.9.1904–22.12.1936) — Sovet yazıçısı.

Həyatı Rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski 1904-cü il sentyabrın 29-da Ukraynanın Rovno vilayətində fəhlə ailəsində anadan olmuşdur. Uşaqlıq illərində təhsil almaq ona nəsib olmamış, 11 yaşından işləməyə başlamışdır.

1927-ci ildə ağır iflic Nikolayı yatağa salmış, 1928-ci ildə isə gözləri tutulmuşdur. Lakin yenilməz iradəyə malik Ostrovski təslim olmamış, bütün mənəvi qüvvəsini toplayaraq yaşamaq uğrunda mübarizə aparmış, təhsilini artırmışdır.

1930-cu ilin payızında "Polad necə bərkidi" romanını yazmışdır. O, 1934–1936-cı illərdə Qərbi Ukrayna zəhmətkeşlərinin inqilabi mübarizəsindən bəhs edən 3 cildlik "Fırtınadan doğulmuşlar" romanı üzərində işləmişdir.

Yazıçının əsərləri 100-dən çox dildə, o cümlədən Azərbaycan dilində dəfələrlə nəşr olunmuş, ekranlaşdırılmışdır.

Mükafatı Lenin ordeni ilə təltif edilmişdir. 1935-ci ildə orden ona verilmişdir.

Xatirəsi 1928–1936-cı illərdə yaşadığı Soçidə, Moskvada və vətənində N.A.Ostrovskinin ev-muzeyi var.

1979-cu ildə Xmelnitski vilayətinin Şepetovka şəhərində Ostrovskinin şərəfinə xatirə komkompleksi yaradılmışdır.

İstinadlar

Xarici keçidlər Информация на peoples.ru Информация на biographer.ru Юрий Мицик. Воевал ли в "гражданскую" творец Павки Корчагина? Богдан Демьянчук. Как закалялся Островский Петро Кралюк. "Стальной" человек из Шепетовки Светлана Кабачинская. Жизнь, за которую не стыдно… Интервью Н.Островского американскому журналисту Официальный сайт музея Николая Островского в Шепетовке Информация на pseudology.org

Kateqoriya:Ukrayna yazıçıları Kateqoriya:Rusiya yazıçıları Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Çeka

Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə bərpa edilənlər Kateqoriya:Köhnə bolşeviklər