Arkadi İsaakoviç Raykin (; , ) — sovet teatr və kino aktyoru, SSRİ xalq artisti (1968), Lenin mükafatı laureatı (1980), Sosialist Əməyi Qəhrəmanı (1981).
Həyatı Arkadi İsaakoviç Raykin 1911-ci il oktyabr ayının 24-də Riqa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1935-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Teatr Texnikumunu bitirmişdir. Əvvəllər Leninqrad fəhlə-gənclər teatrında, sonralar Lenin komsomolu adına teatrda, eyni zamanda estradada çıxış etmişdir.
1939-cu ildə Moskvada keçirilən Ümumittifaq estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. 1939-cu ildə Leninqrad Estrada və Miniatür Teatrının artisti, sonradan bədii rəhbəri və quruluşçu rejissoru olmuşdur. 1982-ci ildən teatr Moskvadadır.
Raykinin yaradıcılığı üçün zəngin ifadə vasitələri, dərin ictimai kəskinlik, güclü satira səciyyəvidir. Raykin həmçinin pantomima və lirik monoloq ifaçısı kimi də məşhur olmuşdur. Raykin teatrının ən yaxşı tamaşaları aşağıdakılardır: "80 günlük dünya səyahəti" (1956), "Məhəbbət və üç portağal" (1956), "İkidən əlliyədək" (1961), "Svetofor" (1969), "Seçmələr-73" (1973), "Əlahəzrət teatr" (1981) və s.
О, istər keçmiş sovet ittifaqında, istərsə də xarici ölkələrdə məşhur idi. Ona görə də xarici ölkələrə teztez səfərlər edir və tamaşaçıları komik rolları ilə sevindirirdi.
Qazandığı sənət uğurlarına görə o, 1968-ci ildə SSRİ Xalq artisti, 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı kimi fəxri adlara layiq görülmüşdür. 1980-ci ildə məşhur gülüş ustası Lenin mükafatı laureatı adını almışdır.
Arkadi Raykin 1987-ci il dekabr ayının 17-də Moskva şəhərində vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər
Из архива театра "Сатирикон" Фотоальбом семьи Райкиных Король и шут. Воспоминания А. Райкина
Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"Xalqlar dostluğu" ordeni ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:"Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər Kateqoriya:1-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsr teatr rejissorları