Koma və ya komatoz hal ( — dərin yuxu) — mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyasızlıq, get-gedə dərinləşən tənəffüs, qan dövranı və orqanizmin digər həyativacib funksiyalarının pozulması ilə xarakterizə olunan, kəskin inkişaf edən, ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyət.

Huşun dəyişməsinə nəzarət edin

Müntəzəm olaraq zərərçəkəni müayinə edib, dəyişiklikləri qeyd edin. Nevroloji müayinə başın zədələnməsi olan zərərçəkənin vəziyyətinin qiymətləndirilməsinin asas hissəsidir və mütləq aparılmalıdır. Nevroloji müayinə AVPU va Qlazqo koma şkalası (QKS) ilə aparılır. Baş zədələnməsi olan zərərçəkənin tez-tez müayina edilmasi onun vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin tayin edilməsi üçün vacibdir. Ciddi nevroloji pozğunluğun alamətlərinə huşun səviyyəsinin ağırlaşması (keylaşma→ sopor koma va ya Qlazqo koma şkalasının 2 va daha çox bal azalması), baş ağrılarının artması, bəbəyin birtərəfli genişlənməsi və birtərəfli zaiflik aiddir. Əmin olun ki, hipoksiya va şok huşda olan dəyişikliklərin əsas səbəbi deyil. Başın və boyunun vəziyyətini stabilləşdirən zaman zərərçəkənin huşunun səviyyəsinə va tanaffusünə nəzarət edin.

Səbəbləri və təsnifatı SıraMərkəziMaddələr mübadiləsiToksikiKardiovaskulyarRespirator 1.Kəllə-beyin travması: kəllədaxili qanaxma (beyin qişaları arası qansızmalar: hörümçək torunabənzər qişaaltı)Qaraciyər çatmamazlığıAlkohol zəhərlənməsi Şok Hypoksiyalar (oksigen çatışmazlığı) 2.Beyinin işimiyası: beyin damarlarının tıxacları: tromboz, emboliya UremiyaQlikol zəhərlənməsi Kardiogen şok Hiperkapniya (qanda CO2-nin miqdarının normadan çox olması) 3. Hiperqlikomiya, hipoqlikomiya; Qalxanabənzər vəzi çatmamazlığı: hipertireoz, hipotireoz; Böyrəküstü vəzi, Hipofiz çatmamazlığıSedativ, hipnotik, opiat, antidepressiv, salisilat və s. preparatlarla zəhərlənmə Yuxu arteriyasının daralması Hipokapniya (qanda CO2-nin miqdarının normadan az olması) 4.Meningit, Ensefalit Hipertermiya, hipotermiya Anevrizmalar CO (dəm qazı) zəhərlənməsi

Mərkəzi koma "Süni koma" ya "süni yuxu" "Süni koma" təbabətdə geniş istifadə olunan termin olubU. Herrmann: Zum Begriff "künstliches Koma": Nur im Tiefschlaf taz, 16. Januar 2009 , dərman preparatlarının xüsusilə hypnotik, sedativ, opioidlərin köməyi ilə məqsədyönlü şəkildə pasientin intensiv müalicə məqsədilə müddətli dərin yuxuda saxlanılmasına deyilir. Bu hala uzunmüddətli ümumi narkoz kimi də baxmaq olar. Məqsəd süni tənəffüs rejimində aparılan intensiv müalicəni təmin etmək, orqanizmi mühafizə etmək, beyin qabığının faliyyətinə mənfi təsirləri azaltmaqdır. Klassik süni koma üçün adətən hipnotik propofol, sedativ dormikum (midozalam), narkotik ağrıkəsicilər sufentanil, fentanil preparatlaraından istifadə olunur. Bütün Şokların, ağır politravmaların, xüsusən kəllə-beyin tavmalarında, tənəffüs çatmamazlığı olan xəstələrin intensiv müalicəsi "süni koma" yaxud "süni yuxu" şəraitində aparılır. Pasienti klinik vəziyyət sabitləşdikdən, ürək-qan dövranı və tənəffüs sistemi nizamlandıqdan sonra "süni koma" törədən preparatların yeridilməsi dayandırılmaqla ayıltmaq mümkündür. Bəzən elə olur ki, beyin qabığının zədələnmə dərəcəsindən asılı olaraq pasient ayılsa da onda mental aktivlik çox zəifləmiş və ya heç olmur. Buna tibbdə vegetativ hal deyilir.

Ayıq koma (vegetativ hal) Ayıq koma () ya Apallik sindrom baş beyin yarımkürələrinin, xüsusilə beyin qabığının bu və digər səbəblərdən zədələnməsi ya funksiyasının pozulması nəticəsində vegetativ və hərəki reflekslər saxlanılmaqla mental özünüidarə aktivliyin mövcudsuzluğu ilə xarakterizə olunan vegetativ hal — dekortikasiya (vegetativ həyat).

Endokrin koma Endokrin koma daxili sekresiya vəzilərinin bu və ya digər səbəbdən hormon sintez müvazinətinin pozulmasi (ya az ya da həddindən siyadə sintez etməsi) ilə meydana çıxır. Diabetik koma (coma diabeticum) — Şəkərli diabetli xəstələrdə insulin çatışmazlığı şəkərin hüceyrə və toxumalar tərəfindən mənimsənilməməsinə səbəb olur ki, bu da öz növbəsində qanda onun miqdarının hədsiz artmasina gətirib çıxarır. Nəticə etibarilə keton hissəciklərinin artması toksiki ketoasidoza səbəb olur. Hipokortikoid koması (coma hypocorticoideum) ya böyrəküstü vəzi koması (coma suprarenale) Hipopituitar koma (coma hypopituitarium) ya hipofizar koma (coma hypophysiale) Hipotireoid koma (coma hypothyreoideum) ya miksödematoz koma (coma myxoedematosum).

Toksiki koma

Kardiovaskulyar koma

Respirator koma

Mərhələlər MərhələlərKlinik mənzərə Somnolenshər an ayılabilən yuxucul və apatik, şərti kooperativ hal Sopor bərk qıcıq təsirindən ayılabilən uzunsürən yuxuculuq Komaayılabilməyən yuxuculuq, bu zaman pasient gözlər qapanmış və tam huşsuz olur I mərhələ pasient ağrı qıcığına qarşı məqsədli reaksiya (iflic olmayan ətraflarla) verir II mərhələ pasient ağrı qıcığına qarşı məqsədsiz ümumi hərəkətlə reaksiya verir III mərhələ ağrı qıcığına qarşı reaksiyanın olmaması, lakin beyin kötüyü refleksleri saxlanılır IV mərhələ ağrı qıcığına qarşı reaksiyanın olmaması eyni zamanda beyin kötüyü reflekslerinin itməsi, patoloji tənəffüsün meydana çıxması, bəbəklərin geniş və reaksiyasız olması

Ramzay (0–6) şkalası ilə qiymətləndirmə Analgesie, Sedierung und Delirmanagement in der Intensivmedizin H.-W. Striebel: Analgosedierung beim (beatmeten) Intensivpatienten. in: H.-W. Striebel: Operative Intensivmedizin. Schattauer; 2007. ISBN 978-3-7945-2480-8 Bal Klinik mənzərə İzahat 0 ayıq, müvazinətli 1 təşvişli, həyəcanlı, qorxaq 2 ayıq, ünsiyyətli (kooperativ), Süni tənəffüsə tolerant 3 yuxucul amma, ünsiyyətli (kooperativ) (Ucadan çağırdıqda, sığalladıqda gözlərini açır) 4 Yuxulu, ünsiyyətsiz (qeyri-kooperativ) (Ucadan çağırdıqda, sığalladıqda gözlərini açmır, ancaq ağrı qıcığına çevik cavab verir) 5 Süni Koma (narkoz) (ağrı qıcığına zəif, süst reaksiya) 6 Dərin koma (ağrı qıcığına heç bir cavab reaksiza olmur.)

Qlasqo-Koma şkalası ilə qiymətləndirmə Göz qapaqlarının açılmasıXallarŞifahi cavablandırmaXallarHərəki cavablarXallarspontan 4 tam yönümlü 5 ancaq müraciət olunduqda 6 müraciət olunduqda 3 qeyri tam yönümlü 4 ağrıya qarşı məqsədli 5 ancaq ağrıya qarşı 2 qeyri adekvat 3 ağrıya qarşı məqsədsiz 4 mənfi 1 anlaşılmaz 2 bükücü mexanizm 3 1açıcı mexanizm 2 mənfi1

Qiymətləndirilməsi: < 4 xal = 85% dəyişkən vegetativ status

< 8 xal = ağır beyin funksional pozğunluq

> 11 xal = 5–10% dəyişkən vegetativ status, 85% bərpa olunan zəif funksional pozğunluq

Həmçinin bax Diabetik koma

Mənbə Anästhesiologisches Notizbuch Klaus Hoffmann, Clemens Sirtl, Franz Jesch 5. Auflage, 38.1, ISBN 3-926035-52-8

İstinadlar

Kateqoriya:Koma Kateqoriya:Təcili tibbi vəziyyətlər