thumb|200px|left|YFR-nin vətəndaşının pasportu Yuqoslaviya Federativ Respublikası (qısaca YFR, eləcə də Kiçik və ya Üçüncü Yuqoslaviya da adlandırılır) Yuqoslaviya Sosialist Federativ Respublikası dağılandan sonra 27 aprel 1992-ci ildə yaradılmışdır və tərkibinə iki respublika daxil idi: Serbiya və Monteneqro.
"Birlik qüvvəsi" hərbi əməliyyatı zamanı 1999-cu ildə NATO qüvvələrinin bombardmanına məruz qalmışdır.
4 fevral 2003-cü ildə Yuqoslaviya Federativ Respublikasının adı Serbiya və Monteneqro olaraq dəyişdirilmiş, konfederasiya yaradılmış və iki respublika - həm Serbiya, həm də Monteneqro bərabər hüquqlar almışlar. Bundan sonra Podqoritsa da eynilə Belqrad kimi paytaxt funksiyalarını daşımağa başlamışdır. Belqrad ticarət paytaxtı, Podqoritsa isə məhkəmə paytaxtı kimi fəaliyyət göstərmişdir.
2006-cı ilin may ayında keçirilən referendumun nəticələrinə görə Monteneqro müstəqil dövlət statusu almış, bundan sonra federasiyanın fəaliyyətinə son qoyulmuşdur.
Kateqoriya:1992-ci ildə yarananlar Kateqoriya:2003-cü ildə ləğv olunanlar Kateqoriya:Serbiya tarixi Kateqoriya:Balkan yarımadasının tarixi dövlətləri Kateqoriya:Tarixi slavyan dövlətləri Kateqoriya:2000-ci illərdə Kosovo Kateqoriya:2000-ci illərdə Serbiya Kateqoriya:2000-ci illərdə Monteneqro Kateqoriya:Tanınmamış tarixi dövlətlər Kateqoriya:Tarixi respublikalar Kateqoriya:Yuqoslaviya tarixi