thumb|right|180px|Fəzlulla Zahidi qızi Homa və oğlu Ərdəşir ilə yanaşı

Fəzlulla Zahidi () — İran Kazak diviziyasının generalı, İranın Baş naziri.

Həyatı Hərbi məktəbi bitərəndən sonra İran Kazak diviziyasında xidmət etməyə başladı. Naib (leytenant) rütbəsindən sərtibi-əvvəl (general-mayor) rütbəsinədək yüksəldi. 1925–1926-cı illərdə Gilan əyalətinin Rəşt şəhərində diviziyanın briqadasına rəhbərlik etdi. 1927–1935-ci illərdə İran jandarmeriyasının rəisi oldu. 1941-ci ildə İsfahan diviziyasına başçılıq etdi.

Fəzlulla Zahidi II Dünya müharibəsində alman faşistləri ilə əməkdaşlıq etdiyi üçün 1943-cü ildə ingilislər tərəfindən tutulub Fələstinə sürgün edildi. Burada 3 il sürgün çəkdi. 1947–1949-cu illərdə Fransada yaşadı.

Fəzlulla Zahidi 1949-cu illərdə İranın polis rəisi təyin olundu. 1951-ci ildə İranın daxili işlər naziri vəzifəsinə irəli çəkildi. 1953-cü ildə baş nazirə qarşı qiyamda iştirak etdi. Məhəmməd Müsəddiq devrildi.

Fəzlulla Zahidi 1953–1955-ci illərdə İranın baş naziri oldu. Sonra İranın Avropada BMT-dəki nümayəndəsi vəzifəsinə göndərildi.

İstinadlar

Həmçinin bax İranın baş nazirlərı İran Kazak diviziyası

Xarici keçidlər

Kateqoriya:İran nazirləri Kateqoriya:İran baş nazirləri Kateqoriya:İranın daxili işlər nazirləri Kateqoriya:İran generalları Kateqoriya:Həmədanda doğulanlar Kateqoriya:Zahidilər Kateqoriya:XX əsr İran siyasətçiləri