Ruhlarla sovrulanlar ( – Sen To Chihiro no kamikakusi, Sen və Tihironun sirli yoxa çıxması; ) – 2001-ci ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Hayao Miyazakidir.Johnson, G. Allen. "Spirited away top grossing film in Japan". The San Francisco Chronicle. Yoxlanılıb 2009-02-01. Animasiya filminin büdcəsi ABŞ dolları ilə 19 milyon, gəliri isə 274,925,095 milyon dollar olub. Animasiya Yaponiya studiyası Studio Ghibli tərəfindən çəkilmişdir."Sen To Chihiro No Kamikakushi ". Yoxlanılıb: 13 May, 2012 "Ruhlarla sovrulanlar" animasiyası böyük mükafatlar əldə etmiş ən yaxşı animasiya filmlərindəndir.Best animation movies Rottentomatoes.com Yoxlanılıb: 29 Dekabr 2012 Animasiya tənqidçilər tərəfindən böyük reytinq əldə etmişdir.846 kino tənqidçinin rəy nəticəsi "Sight & Sound" jurnalında Yoxlanılıb: 1 Yanvar 2013IMDb Top 250 Yoxlanılıb: 1 Yanvar 2013The 100 Best Films Of World Cinema Empireonline.com Yoxlanılıb: 1 Yanvar 2013

Məzmun

Akio və Yukonun qızı Çihiro Oqino qəribə xasiyyətli 10 yaşlı qızdır. Çihiro ailəsi ilə birlikdə yeni evə köçmək məqsədilə səfərə çıxırlar. Çihironun atası Akiro maşınını səhv döngəyə idarə edərək başqa yola çıxır. Bu yol ilə onlar meşədən keçərək böyük divarın qarşısına çıxırlar. Buranın qaranlıq tunelindən keçən zaman Çihiro buradan bərk qorxur. Onlar buradan çıxaraq vağzala bənzər şəhərcikdə restorana çatırlar. Bu restoranda heç kim yoxdur. Akio və həyat yoldaşı Yuko restoran stollarının birində yemək tapırlar və burada nahar etməyə başlayırlar. Çihiro isə restoranın ətrafında dolaşır və buranı diqqətlə seyr edir. Darvazaya çatan zaman Çihiro divarda yazılan "Abura-yanın hamamı" sözlərini oxuyur. Bu zaman Haku adında cavan oğlana peyda olur və ona buradan dərhal getmək lazım olduğunu deyir. Bu zaman Çihiro restorana qayıdır və valideynlərini bu barədə danışmaq istəyir. Amma artıq gecə yaxınlaşmışdır. Hər tərəfdən qara kölgələr peyda olur. Çihiro valideynlərinin yanına gələn zaman onların ev donuzuna döndüyünü görür və bundan bərk qorxur. Çihiro bura valideynləri gəldiyi körpüdən darvazaya tərəf qaçmaq istəyir. Lakin Çihiro bura qaçan zaman körpünün yerində böyük axan çayı görür.

Çihiro bu zaman Haku ilə rastlaşır və Haku onu hamama tərəf apararaq, ona burada baş verən hadisələri başa salır. Çihiro Hakunun sözlərindən başa düşür ki, onlar sehrli şəhərciyə düşüblər. Bu şəhərciyi isə cadugər Yubaba idarə edir. Burada yerləşən bütün restoran və hamamlar ona məxsusudur. Onun hamamına ruhlar, kabuslar və digər sehrli varlıqlar dincəlməyə gəlirlər. Yubaba işçiləri və şəxsi qonaqlarından başqa şəhərciyə gələn hər bir kəsi heyvana döndərir. Çihiro valideynlərini xilas etməsi üçün Yubabadan iş istəməlidir. Yubaba isə ondan iş istəyən hər bir kəsi qəbul edir. Çihiro yeni tanışlar Kamadzi baba və Rin sayəsində Yubabanın yanına gəlir. Yubaba onu işə qəbul edir və bu zaman Çihiroya "Sen" adı verir. Çihiro valideynləri insana çevirmək ümidi ilə hamamda işləməyə başlayır. Hamamda işləyən müddətdə Çihiro çoxlu çətinliklərnən qarşılaşır və bütün bunların öhdəsindən gəlməyi bacarır. Günlərin birində Çihiro əjdaha cildində olan Hakunun üzərinə vərəq formasında olan quşların hücum etdiyini görür. Çihiro Hakunun getdiyi yerə gələrəkən onu Yubabanın qarşısında görür. İfadələrdən aydın olur ki, Haku Yubabanın göstərişi ilə onun yaxşı cadugər olan əkiz-bacısı Dzenibdən ovsunlanmış vərəqi oğurlamış və bu zaman Haku lənətə düçar olmuşdu. Çihiro Kamadzi baba və çayın ruhu tərəfindən ona bağışlanılan "İsti şirniyyat" sayəsində Hakunun lənətini yox edərək, onu ölümdən həyata döndərməyi bacarır. Bu hadisədən sonra Çihiro Dzenibanın yanına gəlməyə qərar verir.

Çihiro bunun üçün sehrli qatar stansiyasına gəlir. Qatarda olan zaman Çihiro Dzenibanın ovsunu sayəsində kiçik quşa çevrilmiş Yubabanın Bo adında az yaşlı uşağını götürmüşdür. Çihiroya Simasız qara paltarlı ruh da qatılmış və onlar birlikdə qatarla yola düşmüşlər. Bu müddətdə Hakunun halı yaxşılaşmış və Yubabanın yanına gələrək, ondan Çihironun valideynlərini azad etməsini istəyir. Bu zaman Çihiro Dzenibadan Hakunu bağışlamasını istəyir və Dzeniba onunla razılaşır. Çihiro Dzenibanın evini tərk istəyən zaman Hakunu görür və onunla birlikdə geri qayıdır. Səfərdə Çihiro Hakunun əvvəlki adını yadına salır və ona deyir. Bu zaman Haku keçmişini xatırlayır və Yubabaya kömək etməkdən imtina edir. Geri qayıdan zaman Yubaba Çihironu sonuncu dəfə sınaqdan keçirir. Çihiro qarşısında peyda olan dozunlardan valideynlərini tapmalıdır. Amma Çihiro onların arasında valideynlərinin olmadığını görür və bu cavabı Yubabaya söyləyir. Çihironun cavabı düz olduğundan Yubaba bundan heyrətlənir. Bu cavabdan sonra Çihiro ilə Yubaba arasında imzalanmış müqavilə yox olur. Yubaba Çihironu və onun valideynlərini azad edir. Haku Çihironu yola salarkən ondan gedən zaman arxaya çönməməsini istəyir və işlərini qurtaran kimi onunla real həyatda görüşəcəyini bildirir. Vağzala bənzər darvazaya gələn Çihiro burada valideynləri görür. Çihiro qaranlıq tuneldən çıxan artıq buradan əvvəlki kimi qorxmur. Çihiro ailəsi ilə birlikdə buranı tərk edirlər.

Rolları səsləndirənlər

Personaj Orijinal ad Səsləndirən Tixiro Oqen (Sen) Xiiraqi Rumi Haku İrino Miyu Kamadzi baba Natsuki Mari Simasız Qasuin Tatsuya Rin Tamay Yumi Bo Kamiki Remosuke Akio Oqino Nayto Takaşi Yuki Oqino Savaquti Yasuko Titi-Yaku Kamidzo Sumehiko Ani-Yaku Ono Takexiko Ao-Qaero Qasuin Tatsuya Banday-Qaero Oydzumi Yo Yubaba Natsuki Mari Zeniba Natsuki Mari

Yaradılması Mən tamaşaçılar tərəfindən rəğbət bəslənilən sadə qız qəhrəmanı yaratmışam. Bu xarakterlərin böyüdüyü hekayə deyildir, ancaq hekayə onların daxillərində konkret hadisələrdən gələn spesifik vəziyyətdir. Mən istəyirəm ki, mənim dostlarım belə yaşasın və mən fikirləşirəm ki, onlarda da belə arzu vardır.— Hayao MiyazakiDogo Onsen japan-guide.com Yoxlanılıb: 2 yanvar 2013 Yaponiya ölkəsi animasiya filminin ən inkişaf etmiş ölkələrindən biridir. Hayoa Miyazakinin adı isə Yaponiyada animasiya mövzusunda bir əfsanə olaraq tanınır. Hayoa Miyazaki son animasiya filmi "Şahzadə Mononoke" () animasiyasından sonra kino karyerasına sona çatdırmağa qərar vermişdi. "Ruhlarla sovrulanlar" () animasiya filmi ilə bu qərarından imtina edən Miyazaki film karyerasını taclandırmağa nail olmuşdur. Hayoa Miyazaki ailəsi və beş qız dostu ilə tətildə olan zaman dostları üçün yeni animasiya hazırlamaq qərarına gəlir. Miyazako müxtəlif jurnallardan ilhamlanaraq bu animasiyanın bünövrəsini qoyur. "Ruhlarla sovrulanlar" animasiyası böyük büdcə ilə çəkilmişdir. Miyazaki bu animasiyanı yaratmaq üçün müxtəlif məzmunlar yaratmışdır. Lakin yazdıqlarından ikisi studiya tərəfindən qəbul edilməmişdir. Onun tərəfindən hazırlanan üçüncü mövzusu "Ruhlarla sovrulanlar" hekayəsi ilə bağlıdır. Bu hekayənin əsas mövzusu hamam ətrafında baş verir. Miyazakinin fikrincə hamamın ətrafında müxtəlif sehrli varlıqlar olmalıdır. Animasiyanın hazırlanmasına 2000-ci ildən başlanılmışdır. "Şahzadə Mononoke" animasiyasını hazırlayan zaman studiya iştirakçıları bir çox proqramları eksperiment etmişlər. Bu zaman onlar bir çox yeni təminat proqramları öyrənirlər. Animasiyanın hazırlanmasında "Softimage" və digər proqramlardan istifadə edilmişdir.Notoya in Ginzan Onsen stop businees for renovation. Tenkai-japan: Cool Japan Guide-Travel, Shopping, Fashion, J-pop Yoxlanılıb: 2 Yanvar 2013 Miyazaki hekayəni hazırlayan zaman baş qəhrəman qızın gözəl olmasını istəmirdi. Animasiyanın hazırlanmasına başlanılan zaman baş qəhrəmanın qəmgin personaj kimi göstərilməsi Miyazakini narahat edirdi. Amma animasiyanın sonuna yaxın Miyazaki fikrini dəyişdirmiş və personajın bu xasiyyətindən məmnun olmuşdu. Miyazaki Tokioda yerləşən Koqanei yaşayış məntəqəsindı olan "Edo-Tokyo Open Air" adlı arxitektor muzeyindən ilhamlanaraq sirli ruh varlıqları yaratmışdır. Tayvanda yerləşən " Jiufen" şəhəri, Yamaqato Prefekturasındakı Notoyaryokan mehmanxanası animasiyanın hazırlanması üçün ilham mənbələrindən biridir. Yaponiyanın Şitoku adasında yerləşən məşhur hamamlardan biri olan "The Dōgo Onsen" animasiyada göstərilən hamamın yaradılmasında əsas mənbə kimi göstərilə bilər.The Making of Hayao Miyazaki's "Spirited Away" – Part 1 . Jimhillmedia.com. Yoxlanılıb: 2 yanvar 2013

Mükafatlar və nominasiyalar "Ruhlarla sovrulanlar" animasiyası Buz dövrü, Lilo və Stiç, "Spirit" və "Xəzinə planeti" kimi animasiyaları qabaqlayaraq 2002-ci ildə "Ən ən yaxşı qısametrajlı animasiya filmi" mükafatını qazanır. Həmin ildə animasiya filmi "Berlin festivalında" "Qızıl ayı" mükafatına layiq görülür və Amerikanın Milli Tənqidçilər tərəfindən "İlin ən yaxşı qısametrajlı animasiyası" mükafatını qazanır.

İl Mükafat və ya Nominasiya Qazanan Nəticə 2003 Amerikan Kino Akademiyası Mükafatı Ən Yaxşı Animasiya Oskar Mükafatı 2003 Enni mükafatı Ən Yaxşı Animasiya Mükafatı, Ən Yaxşı Rejissor Mükafatı, Ən Yaxşı Ssenari Mükafatı 2002 25-ci Yapon Akademiya Mükafatı Ən Yaxşı Film Mükafatı 2002 52-ci Berlin Beynəlxalq Film Festivalı Ən Yaxşı Film, Qızıl Ayı Mükafatı 2002 Boston Film Tənqidçiləri Xüsusi Mükafat 2003 BFCA Mükafatı Ən Yaxşı Animasiya Mükafatı 2003 Sinekid Film Mükafatı Ən Yaxşı Film Mükafatı 2002 Dallas Film Tənqidçiləri Ən Yaxşı Animasiya Mükafatı 2003 Florida Film Tənqidçiləri Ən Yaxşı Animasiya Mükafatı 2003 Golden Satellite Mükafatı Ən Yaxşı Film Mükafatı 2002 Honq Konq Film Festivalı Ən Yaxşı Asiya Filmi Mükafatı 2002 Los Anceles Film Tənqidçiləri Ən Yaxşı Animasiya Mükafatı 2003 Nyu York Film Tənqidçiləri Ən Yaxşı Animasiya Mükafatı 2003 Onlayn Film Tənqidçilər Birliyi Ən Yaxşı Animasiya Mükafatı 2003 San Fransisko Film Festivalı Ən Yaxşı Film Tamaşaçı Mükafatı 2002 Saturn mükafatı Ən Yaxşı Animasiya Namizədi, Ən Yaxşı Musiqi Namizədi, Ən Yaxşı Ssenari Namizədi 2003 Çikaqo Film Festivalı Ən Yaxşı Xarici Dildə Film Namizədi, Ən Yaxşı Musiqi Namizədi 2002 Sezar mükafatı Ən Yaxşı Xarici Dildə Film Namizədi 2002 15-ci Avropa Film Mükafatı Ən Yaxşı Rejissor Namizədi 2003 Amerikan Səs Fantastikası Mükafatı Ən Yaxşı Səs Fantastikası Namizədi 2003 Onlayn Film Tənqidçilər Birliyi Ən Yaxşı Xarici Dildə Film Namizədi

Saundtrek siyahısı

Ruhlarla sovrulanlar animasiyasının saundtreki - 2001-ci ildə buraxılmış saundtrek albomudur. Saundtrek siyahısında 21 trek vardır. İlk 20 trekin müəllif Co Hisaişidir. Sonuncu trek olan "Always With Me" treki Osakadan olan arfada ifa edən Kimura Yumi tərəfindən səsləndirilmişdir."Always With Me" trekinin fortepiano üçün not cədvəli Yoxlanılıb 1 yanvar 2013 Mahnının musiqi Kimura Yuminin, sözlərinin müəllif isə onun dostu Bakako Kakudur. Bu mahnı Hayao Miyazakinin çəkilməmiş "Rin, bacaların rəssamı" animesi üçün hazırlanmışdır.Ruhlarla sovrulanlar animasiyasının rejissoru Hayao Miyazaki Yoxlanılıb 1 yanvar 2013 Orijinal treklərin siyahısı Yaponca adı İngiliscə adı Trekin davam etmə müddəti 1 One Summer's Day 3:09 2 A Road to Somewhere 2:07 3 The Empty Restaurant 3:15 4 Nighttime Coming 2:00 5 The Dragon Boy 2:12 6 Sootballs 2:33 7 Procession of the Spirits 3:00 8 Yubaba 3:30 9 Bathhouse Morning 2:02 10 Day of the River 3:13 11 It's Hard Work 2:26 12 The Stink Spirit 4:01 13 Sen's Courage 2:45 14 The Bottomless Pit 1:18 15 Kaonashi (No Face) 3:47 16 The Sixth Station 3:38 17 Yubaba's Panic 1:38 18 The House at Swamp Bottom 1:29 19 Reprise 4:53 20 The Return 3:20 21 Always With Me 3:35 Orijinal treklər ilə bərabər saundtrek albomunun təsvir siyahısı vardır. Təsvir albomunda 4 trekin bəstəkarı Co Hisaişidir. Bu siyahıda isə 10 trek vardır. Təsvir albomunun siyahısı Yaponca adı İngiliscə adı Müəllif Trekin davam etmə müddəti 1 To that Days' River Umi 3:54 2 Night is Coming Co Hisayşi 4:25 3 Gods Shizuru Otaka 3:55 4 Bathhouse Tsunehiko Kamijō 3:56 5 The People in Wonderland Co Hisayşi 3:20 6 Lonely lonely Monsieur Kamayatsu 3:41 7 Solitude Rieko Suzuki yHiroshi Kondo 3:49 8 The Sea Co Hisayşi 3:22 9 White Dragon Rikki 3:33 10 Chihiro's Waltz"Chihiro's Waltz" trekinin fortepiano üçün not cədvəli Yoxlanılıb 1 yanvar 2013 Co Hisayşi 3:20

Ölkələrdə gəliri