thumb|right|400px|Dünya xəritəsində yaşıl rəngdə təsvir edilənlər dənizə çıxışı olmayan dövlətlərdir. Özbəkistan və Lixtenşteyn isə dünyada dünya okeanına bir başa çıxışı olmayan ölkələrlə sərhəd olan nadir dövlətlərdəndir. Dənizə çıxışı olmayan dövlətlər — coğrafi vəziyyətinə görə dünya okeanına birbaşa çıxışı olmayan ölkələr qrupu. Dünyada hazırda 44 belə dövlət vardır. Onlardan 16-sı Afrikada, 14-ü Avropada, 12-si Asiyada, 2-si Cənubi Amerikada yerləşir. Azərbaycanın da dünya okeanına birbaşa çıxışı yoxdur. Dənizə çıxışı olmayan Özbəkistan və Lixtenşteyn dənizə çıxışı olmayan ölkələrlə əhatə olunublar. Dənizə çıxışı olmayan ölkələr arasında ərazisinə görə ən böyük Qazaxıstan, ən kiçik isə Vatikandır.

Tarix 1990-cı ildə dünyada dənizə çıxışı olmayan cəmi 30 ölkə var idi. Yuqoslaviyanın parçalanması; Sovet İttifaqı və Çexoslovakiyanın dağılması; Cənubi Osetiya, Eritreya, Monteneqro, Cənubi Sudan və Luqansk Xalq Respublikasının müstəqillik referendumları; və Kosovonun birtərəfli müstəqillik elanı 15 yeni dənizə çıxışı olmayan ölkə və 5 qismən tanınan dənizə çıxışı olmayan dövlət yaratdı, keçmiş dənizə çıxışı olmayan Çexoslovakiya isə 1 yanvar 1993-cü ildə mövcudluğunu dayandırdı.

Dünya okeanına çıxışı olmayan dövlətlərin siyahısı

Asiya AzərbaycanXəzər dənizinə çıxışı olsa da, bu dənizin suları dünya okeanının suları ilə qovuşmur Butan Ermənistan Əfqanıstan Qazaxıstan Qırğızıstan Laos Monqolustan Nepal Özbəkistan Tacikistan Türkmənistan

Bu dövlətlərin birbaşa okeana çıxışı yoxdur.

Afrika Botsvana Burkina Faso Burundi Zambiya Zimbabve Lesoto Malavi Mali Niger ruanda Esvatini Uqanda Mərkəzi Afrika Respublikası Çad Efiopiya1993-cü ildə Eritreya azadlığını elan edəndən sonra Cənubi Sudan

Avropa Andorra Avstriya Belarus Çexiya İsveçrə Kosovo — qismən tanınan ölkə Lixtenşteyn Lüksemburq Macarıstan Moldova San-Marino Serbiya Slovakiya Şimali Makedoniya Vatikan

Cənubi Amerika BoliviyaÇili 1879-cu ildə Antofaqasta limanını zəbt edəndən sonra Paraqvay

Onları aşağıdakı kimi bitişik qruplarda qruplaşdırmaq olar:

Şərq, Orta və Qərbi Afrika klasteri (10): Burkina Faso, Burundi, Mərkəzi Afrika Respublikası (MAR), Çad, Efiopiya, Mali, Niger, Ruanda, Cənubi Sudan və Uqanda

Şərqi, Cənubi və Qərbi Avropa klasteri (15): Avstriya, Çexiya, Macarıstan, Kosovo (qismən tanınan), Lixtenşteyn, Şimali Makedoniya, Serbiya, Slovakiya, İsveçrə,Vatikan, San Marino, Lüksemburq, Moldova, Belarus, Andorra

Mərkəzi və Cənubi Asiya klasteri (6): Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan

Şərqi və Cənubi Afrika qrupu (4): Botsvana, Malavi, Zambiya və Zimbabve

Cənubi Amerika qrupu (2): Boliviya və Paraqvay

Qərbi Asiya (Qafqaz) qrupu (2): Ermənistan və Azərbaycan

İstinadlar

Kateqoriya:Dənizə çıxışı olmayan ölkələr Kateqoriya:Anklavlar Kateqoriya:Dəniz hüququ Kateqoriya:Fiziki coğrafiya Kateqoriya:Ölkələrin siyahıları