thumb|Heydər Hüseynov Fəlsəfə şöbəsinin tələbələri arasında akademik Aslan Aslanov, AMEA-nın müxbir üzvü Məqsəd Səttarov (ikinci sırada soldan dördüncü) və b.|right|300x300px
Məqsəd Səttarov () — elmlər doktoru (1964), professor (1968), AMEA-nın müxbir üzvü (1989).
Həyatı Məqsəd Məhəmmədəli oğlu Səttarov 13 may 1924-cü ildə Qazax rayonunda kəndli ailəsində anadan olub. O, 1945-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olub, 1950-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Məqsəd Səttarov professor Tofiq Məmmədovun əmisi oğludur.
Əmək fəaliyyəti Məqsəd Səttarov Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri və Azərbaycan EA Fəlsəfə kafedrasının müdiri vəzifələrində çalışıb.
Elmi fəaliyyəti Məqsəd Səttarov 1954-cü ildə fəlsəfə doktoru, 1964-cü ildə elmlər doktoru dissertasiyası müdafiə edib. 1968-ci ildə isə professor elmi adını alıb. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Məqsəd Səttarovun elmi fəaliyyəti əsasən, din və ateizm tarixi, nəzəriyyəsi, həmçinin ictimai şüurun inkişaf qanunauyğunluqları istiqamətlərini əhatə edib. Azərbaycanın mənəvi-mədəni həyatında islamın yeri və rolu, Azərbaycanda ateist fikir kimi məsələləri, ictimai şüurun strukturu və onun ünsürlərinin qarşılıqlı təsiri, ictimai şüurun yeniləşdirilməsi və sağlamlaşdırılması yollarını araşdırıb.
Məqsəd Səttarov 10 monoqrafiya, 4 kitab, 21 kitabça və 60-a yaxın məqalənin müəllifidir. Həmçinin bir sıra elmi nəşrlərin redaksiya heyətinin üzvü olub. Alimin fəlsəfə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olub. Onun rəhbərliyi altında 30-dan çox elmlər namizədi və elmlər doktoru dissertasiya müdafiə edib.
Kitabları N. Nərimanov və din. Bakı, 1995 İnsan və cəmiyyət haqqında düşüncələr. Bakı , 2000
Ölümü Məqsəd Səttarov 2000-ci ildə Bakı şəhərində vəfat edib.
Təltif və mükafatları Məqsəd Səttarov Müharibə və əmək veteranı kimi medallarla və fəxri fərmanlarla təltif edilmişdir.
İstinadlar
Ədəbiyyat Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri haqqında məlumat kitabı. II cild. Bakı, Elm, 2005. səh. 291
Xarici keçidlər
Dini ayinlər və xalq adətləri haqqında - Səttarov. Maqsud Məhəmmədəli oğlu
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan filosofları Kateqoriya:Azərbaycanlı filosoflar Kateqoriya:Fəlsəfə elmləri doktorları Kateqoriya:AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri Kateqoriya:XX əsr Azərbaycan filosofları Kateqoriya:XXI əsr Azərbaycan filosofları