Abbas Zahir Tapdıq oğlu (Zahir Abbas; ) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (2012).

Həyatı Zahir Abbas- 1 yanvar 1978-ci ildə Laçın rayonunun Güləbird kəndində müəllim ailəsində anadan olub. 1985-1995-ci illərdə orta məktəbi əla qiymətlərlə bitirərək 1996-2000–ci illərdə Azərbaycan Kooperasiya Universitetinin iqtisad fakültəsini, 2000-2002-ci illərdə həmin universitetin "ümumi iqtisadiyyat" ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildən müxtəlif maliyyə qurumlarında çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Fəaliyyəti 10 kitabı işıq üzü görüb. Bir neçə mahnının, o cümlədən "Sarışınım" (Nazpəri Dostəliyeva), "Bu gecə yurduma qayıdacağam" (Məhəbbət Kazımov), "Əllərin əlimə dəymir nə vaxtdır" (Baloğlan Əşrəfov), "Yuxuma gəl" (Zülfiyyə Xanbabayeva), "Quzu kəsərəm" (Rəhim Rəhimli), "Tələsmə hələ" (Zeynəb Xanlarova), "Unuda bilmədim" (Qədir Qızılsəs), "Ömrümüzün bu çağında" (Brilyant Dadaşova), "Əzizim" (İlhamə Quliyeva), "Getmisən" (Nadir Qafarzadə), "Bacara bilmirəm" (İ. Fərhadoğlu), "Hansını sevim görən" (E. Hüseynov)"O mənəm"(Damla) və s. mahnılarının sözlərinin müəllifidir.

Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən "Fəxri fərmanla", ADTGT tərəfindən "Fəxri diplom"la təltif edilmişdir. 2008-ci ildə "V&V Company" tərəfindən "Söz yazarı" və 2012-ci ildə "Qızıl qələm" mükafatına layiq görülmüşdür.

Kitabları "Xəbər gətir". Bakı: 2000 "Unuda bilmədim". Bakı: 2002 Yadıma sən düşürsən. Bakı: 2005 "Yuxuma gəl". Bakı: 2007 "Vətən". Bakı: 2009 "Mən nədən sevmədim vaxtında səni". Bakı: 2009 "Sən gəlməz oldun". Bakı, "MBM" MMC, 2012, 2000 tiraj. "Ömürlük sevgi yaram". Bakı,"MBM"MMC,2014, 5000 tiraj. "Gizli dünyam"-2018 "Mən sənə qəlbimdə yer saxlamışam" -2022

İstinadlar

Haqqında yazılanlar Tapdıq Əlibəyli, "Misralarda közə dönən yurd yanğısı", "Sözün dan yeri"(kitab),Bakı, 2014. səh.130-135.

Ədəbiyyat "Laçın yurdu" jurnalı, №2(5), 2012, Bakı, "Bəxtiyar-4" nəşriyyatı, 2012. səh.35

Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:"Qızıl qələm" media mükafatı laureatları