Altuğ Tanər Akçam (; 23 oktyabr 1953, Ərdahan, Türkiyə) – türkəsilli Almaniya tarixçisi və sosioloqu. O, Erməni soyqırımı məsələsini açıq müzakirəyə çıxaran ilk türk alimlərindən biri olmaqla, həmin mövzuda qabaqcıl beynəlxalq nüfuzaDavid Holthouse, Southern Poverty Law Center, State of Denial: Turkey Spends Millions to Cover Up Armenian Genocide Intelligence Report, Summer 2008 malikdir.
Akçam türk və erməni tərəflərinin soyqırım haqqında məlumatlarını uyğunlaşdırmağı, milli stereotiplərin dəstəklənməsi üçün istifadə etməyi təklif edir: "Biz məsələni yenidən analiz və hər iki cəmiyyəti analizimizin mərkəzinə qoymalıyıq. Bu paradiqma dəyişikliyi hər iki cəmiyyətin bir-birinə alışması və bir-birini öyrətməsi üçün yeni mədəni mühitin formalaşdırılmasına imkan verəcək." .Akcam, 2004, p. 262, Taner Akcam quoted on Gardens of the Righteous Worldwide Committee - Gariwo
Həyatı Akçam Türkiyənin Ardahan ilinin Ölçək kəndində Dursun və Pəriham Akçamların ailəsində anadan olub.Şişli State Head Prosecutor, Suspect’s Statement Form . Investigation № 2006/49047. 1976-cı ildə Ankarada yerləşən Orta Doğu Teknik Universitetini bitirib. 1974-cü ildə Türkiyənin Kiprə ordu çıxarması əməliyyatının əleyhinə keçirilən tələbə hərəkatında iştirak etdiyinə görə həbs edilib. 1975-ci ildə şəhərdə elanlar və plakatlar yaydığına görə həbs edilib (Akçam qeyd edir ki, "o zaman, əlində indi Milli Təhlükəsizlik İşləri Üzrə Dərnək Müdürlüyü adlanan qurumdan icazə olmasına baxmayaraq həbs edilmiş və 3-5 gün ərzində polis şöbəsində saxlanmışdır.) Bakalavrı bitirib, həmin universitetdə aspirant təhsili aldığı dövrdə, 9 mart 1976-cı ildə kürd azlıqlarla bağlı jurnalın nəşrində iştirak etdiyinə görə həbs edilib. "Devirimci Gençlik" (İnqlabçı Gənclik) "Devirimci Yol" (İnqlabçı Yol) adlı radikal təşkilatın nəşri idi. Akçam qeyd edir ki, onunla bir yerdə təhsil alanların hamısı həbs olunmaqdan qorxduqlarına görə, qəzetlə işləməkdən imtina etdikləri halda, o, redaktor vəzifəsində işləməyə razılaşmışdı. 1977-ci ilin əvvəllərində yeddi illik həbs cəzası alarkən onun qorxuları gerçəkləşir və "Amnesty International" onu vicdan məhbusu kimi qeyd edir. Dəmir soba ayağını istifadə edərək yeri qazıb Ankara Mərkəzi Həbsxanasından qaçana kimi, yəni 12 mart 1977-ci ilə kimi o həbsxanada qalır. 1978-ci ildə o, Almaniyadan siyasi sığınacaq alır, daha sonra bu ölkənin vətəndaşlığını qəbul edir, 1995-ci ildə isə Almaniyada doktorluq mövzusunu müdafiə edir.
Fəaliyyəti 1988-ci ildən etibarən o, "Hamburger Institut für Sozialforschung" (Hamburq Mədəniyyət və Araşdırma Fondu) üçün, araşdırmaçı alim kimi fəaliyyətə başlayır.Taner Akçam, Dr. phil. , Hamburg Foundation for the Advancement of Research and Culture O, doktorluq elmi rütbəsini "Türk millətçiliyi və Erməni soyqırımı: 1919-1922-ci illərin hərbi tribunalları fonunda" mövzulu dissertasiyasını müdafiə etdikdən sonra qazanmışdır. Akçam soyqırım tədqiqatçısı olan alim Vaaqn Dadryanın tələbəsi olmuşdur. 1997-ci ildə Doroti Formanın (Dorothée Forma) rejissorluğu ilə "Humanistische Omroep Stichting" tərəfindən istehsal edilmiş "Sakitlik divarı" (Een Muur van Stilte) adlı sənədli filmdə onların "akademik münasibət"lərindən bəhs olunub.
Klark Universitetinin Strassler Ailə Mərkəzində Holokost və Soyqırım tədqiqatları üzrə çalışmağa başlamazdan əvvəl o, Minnesota Universitetinin Tarix kafedrasının dosenti olaraq çalışmışdır.
2007-ci ildə Hrant Dinkin öldürülməsindən sonra Akçam, İstanbulda baş tutan dəfn mərasimində iştirak edir. "Southern Poverty Law Center"in "Intelligence Report" jurnalında qeyd edilir:
2008-ci ildə Akçamın Klark Universitetində Erməni soyqırımı üzrə mütəxəssis kimi fəaliyyətə başlaması müzakirə edildiyi zaman yerli türklərin buna qarşı çıxması zamanı Klark Universitetinin Holokost və Soyqırım araşdırmaları üzrə Strassler Ailə Mərkəzinin direktoru Debora Dvork demişdi ki, "etnik və dini kimlik insanın mövqeyini müəyyənləşdirən əsas səbəblər ola biləz və onlar ən yaxşı alimləri öz ətraflarında birləşdirməyə çalışırlar."
Biblioqrafiya The Young Turks' Crime Against Humanity: The Armenian Genocide and Ethnic Cleansing in the Ottoman Empire, Princeton University Press, 2012, ISBN 978-069-11-5333-9 (The Armenian Issue is Resolved) A Shameful Act : The Armenian Genocide and the Question of Turkish Responsibility, Metropolitan Books, May 16, 2006, ISBN 0-8050-7932-7 (received the 2007 Minnesota Book Award for General Nonfiction.) From Empire to Republic : Turkish Nationalism and the Armenian Genocide, Zed Books, September 4, 2004, ISBN 1-84277-527-8 Dialogue across an international divide: Essays towards a Turkish-Armenian dialogue, Zoryan Institute, 2001, ISBN 1-895485-03-7; - About the book and foreword İnsan hakları ve Ermeni sorunu: İttihat ve Terakki'den Kurtuluş Savaşı'na, İmge Kitabevi, 1. edition, 1999, ISBN 975-533-246-4 Rethinking Modernity and National Identity in Turkey, Publications on the Near East, University of Washington, Sibel Bozdogan (Editor), University of Washington Press, July, 1997, ISBN 0-295-97597-0 Armenien und der Völkermord: Die Istanbuler Prozesse und die türkische Nationalbewegung, Hamburger Edition, 1. edition, 1996, ISBN 3-930908-26-3 Siyasi kültürümüzde zulüm ve işkence (Araştırma-inceleme dizisi), İletişim Yayıncılık, 1. edition, 1992, ISBN 975-470-249-7
İstinadlar
Xarici keçidlər Minnesota Universitetində Akçamın layihəsi Taner Akçam metodologiyası
Kateqoriya:Türkiyədə doğulanlar Kateqoriya:Türkiyə tarixçiləri Kateqoriya:Axısqa türkləri Kateqoriya:Tarixçilər Kateqoriya:Türkiyə kommunistləri Kateqoriya:XX əsr publisistləri Kateqoriya:Türk tarixçilər Kateqoriya:Türkiyə osmanlışünasları Kateqoriya:Türkiyədən Almaniyaya mühacirət edənlər Kateqoriya:XX əsr Türkiyə tarixçiləri Kateqoriya:Türkiyənin daxil olduğu Avropa İnsan Hüquqları Məhkəməsinin işləri Kateqoriya:XXI əsr publisistləri Kateqoriya:XXI əsr tarixçiləri Kateqoriya:Türkiyə publisistləri